Əlillərə tibbi-sosial reabilitasiya xidməti
Sosial həyat

Əlillərə tibbi-sosial reabilitasiya xidməti

Belə tibb müəssisələrindən biri - əlilliyi olan şəxslərin kompleks tibbi-sosial reabilitasiyasının həyata keçirilməsi üçün nəzərdə tutulan  Xaçmaz Reabilitasiya Mərkəzidir.

Müəssisənin fəaliyyəti barədə məlumat verən mərkəzin direktoru Rövşən Muradov deyir ki, 2020-ci ildə əsaslı təmirdən sonra bu mərkəz yenidən vətəndaşların sərəncamına verilmişdir. Burada əlilliyi olan şəxslərə, müharibə iştirakçıları, şəhid ailələrinə keyfiyyətli reabilitasiya xidmətlərinin göstərilməsi üçün müasir tələblərə uyğun hər cür şərait yaradılmışdır. Mərkəzdə müalicəvi bədən tərbiyəsi,  parafinoterapiya, fizioterapiya, hidrokinezioterapiya, hidromasaj,  elektroterapiya, ultrasəs terapiya, sosial-psixoloji xidmət və digər müalicəvi prosedurlar tətbiq olunur, stasionar, ambulator, icma əsaslı, telereabilitasiya və səyyar xidmət olaraq əlilliyi olan şəxslərə səmərəli  bərpa müalicəsi xidmətləri göstərilir.

Mərkəz Xaçmaz və ətraf rayonlarda yaşayan əlillərə kompleks tibbi-sosial reabilitasiya xidməti göstərmək yolu ilə onların sosial statusunun bərpa edilməsi və cəmiyyətə inteqrasiyası, tibbi, sosial, peşə diaqnostikası və reabilitasiyası, xəstəliklərinə uyğun olaraq dietik və rasional  qidalanmasının təşkili, yaş və sağlamlıqlarını nəzərə alınmaqla mədəni-kütləvi tədbirlərə, müalicə idmanına cəlb edilməsi, onlarda gigiyenik vərdişlərin tərbiyə edilməsi, sağlam həyat tərzinin təbliği istiqamətində işlər görür.

Ziyafəddin BAYRAMOV.