Elektrik xəttini düzəldərkən cərəyan vurması nəticəsində ölən şəxslə bağlı araşdırmalar aparılır
Digər xəbərlər

Elektrik xəttini düzəldərkən cərəyan vurması nəticəsində ölən şəxslə bağlı araşdırmalar aparılır

Avqustun 17-si saat 11 radələrində Ucar rayonu ərazisində bir nəfərin elektrik dirəyindən yıxılması və aldığı xəsarətlərdən ölməsi barədə rayon prokurorluğuna məlumat verilib.

Ucar Rayon Prokurorluğunun AZƏRTAC-a daxil olan məlumatında bildirilib ki, ilkin araşdırmalarla rayon sakini 1954-cü il təvəllüdlü Nəbi Əliyevin yaşadığı evə gələn elektrik xəttini düzəltmək istəyərkən  ehtiyatsızlıqdan cərəyan vurması nəticəsində dirəkdən yerə yıxıldığı və aldığı bədən xəsarətlərindən hadisə yerində öldüyü müəyyənləşdirilib.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

AZƏRTAC