Əlavə gücləndirilmiş dezinfeksiya işləri aparılan zaman paytaxtda ümumilikdə 550 küçə dezinfeksiya olunub
Səhiyyə

Əlavə gücləndirilmiş dezinfeksiya işləri aparılan zaman paytaxtda ümumilikdə 550 küçə dezinfeksiya olunub

Avqust ayının 28-də səhər saatlarından etibarən Bakı Şəhər İcra Hakimiyyətinin strukturları tərəfindən həyata keçirilən əlavə gücləndirilmiş dezinfeksiya işləri aparılan zaman paytaxtda ümumilikdə 550 küçə dezinfeksiya olunub.

Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, görülən bu işlər Bakı şəhərində sakinlərimizin həyatının təhlükəsizliyinə yönəldilən tədbirlərin bir hissəsi olaraq mütəmadi davam etdiriləcək.

Vətəndaşlarımızdan bir daha xahiş edirik ki, pandemiyadan xilas olmaq üçün ilk növbədə, vaksinasiya olunsunlar, özlərinin, yaxınlarının, ətraflarındakı insanların qorunması, xəstəliyin daha çox yayılmasına imkan verilməməsi üçün tibbi-profilaktiki qaydalara ciddi riayət etsinlər.

AZƏRTAC