Əl-Cəzirənin mərkəz direktoru: Əlaqələrin inkişaf etdirilməsi üçün birgə layihələrin icrasına xüsusi önəm verilir
Digər xəbərlər

Əl-Cəzirənin mərkəz direktoru: Əlaqələrin inkişaf etdirilməsi üçün birgə layihələrin icrasına xüsusi önəm verilir

Avqustun 3-də Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyində (MEDİA) ölkəmizdə səfərdə olan Əl-Cəzirə Media Şəbəkəsinin İctimai Azadlıqlar və İnsan Haqları Mərkəzinin direktoru Sami Əl-Hacc ilə görüş keçirilib.

MEDİA-dan AZƏRTAC-a bildiriblər ki, görüşdə Agentliyin İcraçı direktoru Əhməd İsmayılov qonağa qurumun fəaliyyət istiqamətləri, həyata keçirilən layihələr barədə ətraflı məlumat verib. 

Ə.İsmayılov Medianın İnkişafı Agentliyi, ADA Universiteti, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi və Beynəlxalq Avrasiya Mətbuat Fondunun birgə təşkilatçılığı ilə Əl-Cəzirə Media Şəbəkəsinin Azərbaycan media nümayəndələri üçün “Jurnalistlərin münaqişə zonasında davranışları: Təhlükəsizlik və mühafizə qaydaları” mövzusunda keçirilən təlim proqramının əhəmiyyətini qeyd edib.

Əl-Cəzirə Media Şəbəkəsinin İctimai Azadlıqlar və İnsan Haqları Mərkəzinin direktoru Sami Əl-Hacc əlaqələrin inkişaf etdirilməsi üçün birgə layihələrin icrasına xüsusi önəm verdiyini bildirib.

AZƏRTAC