MÜSAHİBƏLƏR

"Əl Cəzirə" telekanalının nümayəndəsi: İstənilən ölkədə hər hansı bir şəraitdə minaların basdırılması insanlara qarşı yönəlmiş hərbi cinayətdir

İstənilən ölkədə hər hansı bir şəraitdə minaların basdırılması birbaşa insanlara, həmin ölkənin insanlarına qarşı yönəlmiş hərbi cinayətdir. Bu, beynəlxalq qanunlarla da qadağan edilib.

Bu sözləri AZƏRTAC-ın bölgə müxbirinə açıqlamasında martın 31-də Ağdam rayonuna səfər edən "Əl Cəzirə" telekanalının İnsan hüquqları və azadlığı departamentinin sədri Sami Əlhac söyləyib.

"Biz Ağdama gəlmişik ki, bu cür faktları gözlərimizlə görək. Əminəm ki, Azərbaycan Respublikası beynəlxalq təşkilatların köməyi ilə torpaqların minalardan təmizlənməsini qısa vaxtda başa çatdıracaq və yerli sakinlər tezliklə öz torpaqlarına qayıdacaqlar", - deyə o əlavə edib.

Xatırladaq ki, Humanitar Mina Fəaliyyəti və Davamlı İnkişaf Məqsədləri üzrə beynəlxalq konfransda iştirak edəcək heyətin üzvləri işğaldan azad olunmuş Ağdam rayonunda səfərdədir.

AZƏRTAC