Ekofəalların dinc aksiyası davam edir
Digər xəbərlər

Ekofəalların dinc aksiyası davam edir

Ötən ilin dekabrından Azərbaycanın Qarabağ iqtisadi rayonunda faydalı qazıntı yataqlarının qanunsuz istismarına qarşı Xankəndi-Laçın yolunda keçirilən dinc aksiya 121 gündür ki, davam edir. Ekofəallar öz haqlı mübarizələrindən geri dönmür tələbləri yerinə yetirilməyənə qədər dönməyəcəklər. Ekofəalların tələbləri isə bundan ibarətdir: Ermənistanla sərhəddə Laçın istiqamətində ayrıca sərhəd gömrük nəzarəti postlarının yaradılması, torpaqlarımızda ekoloji terrora son qoyulması, Azərbaycan ərazisinə qanunsuz silah daşınmasının qarşısının alınmasıdır.

Ekofəallar öz niyyətlərini ilk gündən dünya ictimaiyyətinə bəyan ediblər: aksiya dinc xarakter daşıyır. Ekofəallar silah, top-tüfəngdən istifadə edir. Dinc formada bölgədə abadlıq işləri görür, doğma torpaqları üçün ədalət mübarizəsi aparırlar. Səhərlərini Azərbaycanın Dövlət Himni ilə açır, vətənpərvərlik ruhunda yazılmış mahnılarla günlərini sonlandırırlar. Həmçinin onlar gün boyu 3 dildə, Azərbaycan, rus ingilis dillərində şüarlar səsləndirirlər: "Azərbaycan oyaqdır, sərvətinə dayaqdır!", "Azərbaycan vahiddir, sərvətinə sahibdir!", "Ekoloji cinayətə son!", "Stop ekoterror!", "Bereqite prirodu!", "Gkoüidu net! Monitorinqu da!".

Hayastan isə dünyaya dinc aksiyanın "orada yaşayan insanlara qarşı yönəldiyini" çatdırmağa çalışır. Lakin aksiyaçıların toplaşdığı ərazidən keçən yolda ilk gündən olduğu kimi, hazırda da sərbəst hərəkətə heç bir maneə yoxdur yol humanitar məqsədlər üçün tam olaraq açıqdır. Lakin qondarma media iddia edir ki, biz guya yolu bağlamışıq.

Azərbaycan gəncliyinin öz torpaqları, haqq hüquqları üçün soyuq-isti, gecə-gündüz demədən mübarizələrinə davam etməsi onların gücünü bir daha sübut etdi. Vətən müharibəsində olduğu kimi, burada da Azərbaycan gəncliyinin dözümlülüyü öz əksini tapdı: "O gənclərə eşq olsun demək istəyirəm. Onlar bizim fəxrimizdir". Bu sözləri yerli televiziya kanallarına müsahibəsində Prezident İlham Əliyev deyib. O, Azərbaycan gəncliyini yüksək səviyyədə dəyərləndirdiyini bildirib: "Gecə-gündüz şaxtalı-qarlı havada oradadırlar. Öz haqlarını tələb edirlər bir Azərbaycan gəncinin qədər yüksək keyfiyyətlərə malik olmasını bütün dünyaya göstərirlər".

Qeyd edək ki, ötən il dekabrın 3- 7- Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə aparılmış müzakirələrin nəticəsi olaraq İqtisadiyyat Nazirliyi, Ekologiya Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti "AzerGold" Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji digər fəsadlarla bağlı ilkin monitorinq aparmalı idi. Lakin sülhməramlıların hərəkətsizliyi ucbatından monitorinq baş tutmayıb. Buna əsasən , dekabrın 12-dən etibarən dinc aksiya başlayıb. Həmçinin ötən günlərdə Xankəndi-Xəlfəli-Turşsu torpaq yolunda Ermənistandan hərbi ləvazimatların, silah-sursatın şəxsi heyətin Azərbaycan ərazilərinə daşınmasının həyata keçirilməsi barədə operativ məlumatlar daxil olub. Buna əsasən, Azərbaycan ordusunun bölmələri tərəfindən yoxlanılmaq məqsədilə saxlanılan zaman erməni tərəfi atəş açıb qarşılıqlı atışma başlayıb. Nəticədə, Əlibəyli Şəhriyar Hüseynov Eşqin şəhid olublar. Həmçinin Ermənistan tərəfi itkilər verib.

Qeyd edək ki, Prezident İlham Əliyev Münxen Təhlükəsizlik Konfransında çıxışı zamanı təklif irəli sürüb ki, Laçın yolunun son nöqtəsində, Ermənistan-Azərbaycan sərhədində sərhəd-nəzarət məntəqəsinin qurulması vacibdir. Məqsəd isə Ermənistanın bu kimi təxribatlarının qarşısını almaqdır.

Töhfə SƏMƏDOVA,

"Respublika".