Ekofəalların aksiyasının effektiv nəticələri
Digər xəbərlər

Ekofəalların aksiyasının effektiv nəticələri

Azərbaycanın Qarabağ iqtisadi rayonunda faydalı qazıntı yataqlarının qanunsuz istismarına qarşı Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 112 gündür davam edir. Həmişə olduğu kimi, etirazçılar bu səhəri Azərbaycan Dövlət Himninin səsləndirilməsi ilə açıblar. Havanın temperaturunun aşağı düşməsinə, soyuq, şaxtalı qarlı hava şəraitinin hökm sürməsinə baxmayaraq, onlar etirazlarını yüksək əhvali-ruhiyyə ilə davam etdirirlər. Ekofəallar yolun hər iki tərəfində, hərəkətə maneə törətmədən üzərində Azərbaycan, rus ingilis dillərində yazılmış plakatlar qaldırıb, şüarlar səsləndirirlər. Aksiya iştirakçılarının tələbləri ilk gündən olduğu kimi, dəyişməz olaraq qalır. Onlar dünya ictimaiyyətini ekologiyanı qorumağa çağırırlar.

Ekofəalların səyləri danılmazdır, artıq biz aksiyanın olduqca ciddi nəticələr verdiyini müşahidə edirik. Məhz bu aksiya nəticəsində bir çox məsələlər gündəmə gətirildi real nəticələr əldə olundu. Məsələn, "Qızılbulaq" "Dəmirli" yataqlarımızda aparılan qeyri-qanuni fəaliyyətlərin qarşısı alındı. Həmçinin bu yataqları istismar edən şirkətin fəaliyyəti dayandırıldı. Onu da qeyd etmək lazımdır ki, Rusiya tərəfindən Qarabağa konkret təlimatlarla göndərilən Ruben Vardanyanın öz qondarma vəzifəsi ilə vidalaşması da bu aksiyaların nəticəsində baş verdi. O cümlədən etirazlar nəticəsində Ermənistan ərazisindən Qarabağa daşınan hərbi təyinatlı yüklərin separatçılara çatdırılmasının qarşısı alındı. Ən önəmlisi isə Laçın yolu ilə bağlı məsələ beynəlxalq gündəmin müzakirə predmetinə çevrildi. Bu da onu deməyə əsas verir ki, aksiyanın bundan sonra da bir çox nəticələri olacaq. Növbəti addım Laçın yolunda Azərbaycanın Dövlət Sərhəd Xidməti Gömrük Komitəsinin keçid məntəqələrinin qurulması ola bilər.

Qeyd edək ki, 2022-ci il dekabrın 3- 7- Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə aparılmış müzakirələrin nəticəsi olaraq İqtisadiyyat Nazirliyi, Ekologiya Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti "AzerGold" Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji digər fəsadlarla bağlı ilkin monitorinq aparmalı idi. Lakin sülhməramlıların hərəkətsizliyi ucbatından monitorinq baş tutmayıb. 2022-ci il dekabrın 12-dən etibarən isə etiraz aksiyası başlayıb.

Hazırda Şuşa ərazisində Rusiya sülhməramlılarının nəzarətində olan yolun bir hissəsində etiraz aksiyası azərbaycanlı fəallar ekologiya üzrə qeyri-hökumət təşkilatlarının üzvləri tərəfindən Qarabağ iqtisadi rayonunda ekoloji terrora son qoyulması tələbi ilə davam edir.

 

Jalə QASIMZADƏ,

 "Respublika".