Ekofəalların aksiyası monolit birliyimizin nümayişidir
Digər xəbərlər

Ekofəalların aksiyası monolit birliyimizin nümayişidir

Azərbaycanın qeyri-hökumət təşkilatlarının, ictimaiyyət nümayəndələri ekofəalların Qarabağda Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi zonada dekabrın 12-dən keçirdiyi etiraz aksiyası bu günə qədər davam edir.

Milli Məclisin deputatı Azər Kərimli mövzu ilə bağlı bildirdi ki, etiraz aksiyası Azərbaycanın vətəndaş cəmiyyətininin sarsılmaz iradəsini, qətiyyətini monolit birliyini nümayiş etdirir.

Bu müddət ərzində azərbaycanlı ekofəallar, ictimaiyyət nümayəndələrinin irəli sürdüyü tələblər dəyişməyib, bu tələblər bölgədə ekoloji tarazlığın qorunmasına, davamlı sülhün, təhlükəsizliyin təmin olunmasına xidmət edir tamamilə ədalətlidir.

Qeyd edim ki, aksiya artıq müəyyən nəticə verib Azərbaycanın vətəndaş cəmiyyətinin həm erməni sakinlərin yaşadığı ərazilərimizdəki, həm Ermənistandakı proseslərə təsir göstərmək potensialını nümayiş etdirib. Bu gün təkcə Azərbaycan vətəndaşları deyil, dünyada yaşayan bütün azərbaycanlılar ölkəmizin vətəndaş cəmiyyəti institutlarının nümayəndələri ilə həmrəydirlər.

Mövcud mənzərə onu deməyə əsas verir ki, etiraz aksiyası irəli sürülən bütün tələblər yerinə yetirilənədək davam etdiriləcək. Tələblərdən biri Azərbaycan torpaqlarındakı təbii sərvətlərin qanunsuz istismarına son qoyulması, ekoloji fəlakət bunun araşdırılması üçün Azərbaycanın müvafiq dövlət qurumlarının həmin ərazilərdə monitorinq keçirməsinə şərait yaradılmasıdır. Qanunsuz fəaliyyətin dayandırılması ilə bağlı açıqlama verilsə , hələlik Azərbaycan tərəfində bunu təsdiqləyən konkret faktlar yoxdur. Digər tərəfdən, məsələ təkcə təbii sərvətlərin talanmasından getmir. Eyni zamanda söhbət ekologiyaya dəyən ziyandan gedir. Həmçinin qanunsuz istismar nəticəsində vurulan ziyanın aradan qaldırılması ilə bağlı müvafiq addımların atılması da Azərbaycan üçün priotet məsələlərdən biridir.

M.NƏRİMANOĞLU,

"Respublika".