Ekofəallar humanitar hərəkətə maneə olmadan aksiyanı davam etdirir
Digər xəbərlər

Ekofəallar humanitar hərəkətə maneə olmadan aksiyanı davam etdirir

Azərbaycanın Qarabağ iqtisadi rayonunda faydalı qazıntı yataqlarının qanunsuz istismarına qarşı Xankəndi-Laçın yolunda keçirilən dinc aksiya 107 gündür ki, davam edir. Soyuq hava şəraitinə baxmayaraq, öz haqlı mübarizələrindən geri dönmür tələbləri yerinə yetirilməyənə qədər dönməyəcəklərini bəyan edirlər.

Ekofəalların tələbləri isə çox sadədirErmənistanla sərhəddə Laçın istiqamətində ayrıca sərhəd gömrük nəzarəti postlarının yaradılması, torpaqlarımızda ekoloji terrora son qoyulması, Azərbaycan ərazisinə qanunsuz silah daşınmasının qarşısının alınmasıdır.

Ekofəallar öz niyyətlərini ilk gündən dünya ictimaiyyətinə düzgün formada çatdırmağa çalışıblar. Gənclər 107 gündür ki, səhərlərini Azərbaycanın Dövlət Himni ilə açır, vətənpərvərlik ruhunda yazılmış mahnılarla günlərini sonlandırırlar. Həmçinin onlar gün boyu 3 dildə, Azərbaycan, rus ingilis dillərində şüarlar səsləndirirlər: "Azərbaycan oyaqdır, sərvətinə dayaqdır!", "Azərbaycan vahiddir, sərvətinə sahibdir!", "Ekoloji cinayətə son!", "Stop ekoterror!", "Bereqite prirodu!", "Gkoüidu net! Monitorinqu da!".

Erməni mediası isə bu haqq mübarizəsini orada yaşayan ermənilərə qarşı yönəlmiş bir aksiya kimi göstərməyə çalışırlar. Lakin biz bir daha sübut etdik ki, bu, belə deyil. Aksiyaçıların toplaşdığı ərazidən keçən yolda ilk gündən olduğu kimi, hazırda da sərbəst hərəkətə heç bir maneə yoxdur yol humanitar məqsədlər üçün tam olaraq açıqdır. Lakin qondarma media iddia edir ki, biz guya yolu bağlamışıq. Ötən günlərdə aksiyaya dəstək məqsədilə otuz nəfərdən çox rus icmasının nümayəndəsinin gəlməsi isə bunun belə olmadığının təsdiqi idi.

Azərbaycan gəncliyinin öz torpaqları, haqq hüquqları üçün soyuq-isti, gecə-gündüz demədən mübarizələrinə davam etməsi onların gücünü bir daha sübut etdi. Zəfər qələbəmiz zamanı olduğu kimi, Azərbaycan gəncliyinin dözümlülüyü öz əksini tapdı: "O gənclərə eşq olsun demək istəyirəm. Onlar bizim fəxrimizdir". Bu sözləri yerli telekanallara müsahibəsində Prezident İlham Əliyev bildirib. O, Azərbaycan gəncliyini yüksək səviyyədə dəyərləndirərək deyib: "Gecə-gündüz şaxtalı-qarlı havada oradadırlar. Öz haqlarını tələb edirlər bir Azərbaycan gəncinin qədər yüksək keyfiyyətlərə malik olmasını bütün dünyaya göstərirlər".

Qeyd edək ki, ötən il dekabrın 3- 7- Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə aparılmış müzakirələrin nəticəsi olaraq İqtisadiyyat Nazirliyi, Ekologiya Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti "AzerGold" Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji digər fəsadlarla bağlı ilkin monitorinq aparmalı idi. Lakin sülhməramlıların hərəkətsizliyi ucbatından monitorinq baş tutmayıb. Buna əsasən , dekabrın 12-dən etibarən dinc aksiya başlayıb.

Töhfə SƏMƏDOVA,

"Respublika".