Ekofəallar əzmləri ilə məqsədlərinə çatacaqlar
Siyasət

Ekofəallar əzmləri ilə məqsədlərinə çatacaqlar

Dünya ictimaiyyətinə dərs keçmək iddiasında olan, özlərini demokrat adlandıran, əslində isə diktatorluğa cəhd edən, "dünya necə tarac olur-olsun işim var", - deyərək öz mənafelərini çirkin niyyətlərini güdən bəzi Qərb dövlətləri qonşuluğumuzda yerləşən, son vaxtlar Azərbaycanı təhdid edən İrana üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmək istəməyən Ermənistana güldən ağır söz demirlər.

Bu, əslində ikili standart, qərəzli mövqe, ermənipərəstlik ilğımının təzahürü, Azərbaycanın gücünü tarixi qələbəsini həzm edə bilmədiklərinin göstəricisidir.

Ermənistanı Xankəndidəki xunta rejimini, separatçıları gizli, yaxud da aşkar müdafiə edənlər aydın bir həqiqəti anlamaq istəmirlər ki, Azərbaycan öz əzəli əbədi torpağı olan Qarabağdan işğalçıları, Ermənistan ordusunun ərazilərimizdə gizlənən tör-töküntülərini öz ağalarının dizinin dibinə kimi qovacaqdır. Xalq-iqtidar birliyi, dövlətimizin başçısı cənab İlham Əliyevin qətiyyətli iradəsi, dəyişməz mövqeyi, Silahlı Qüvvələrimizin peşəkarlığı, gənclərin vətənpərvərliyi, Azərbaycanın sarsılmaz gücü qətiyyəti deməyə əsas verir ki, Xankəndidə ətraf ərazilərdə yaşayan ermənilərin yeganə yolu reinteqrasiyadan keçir. Zənnimizcə, qeyd etdiyimiz gücü iradəni dörd aydır ki, Şuşa ərazisindən keçən Xankəndi-Laçın yolunda ekofəalların keçirdiyi etiraz aksiyası düşmənlərimizə onların havadarlarına ləyaqətli şəkildə nümayiş etdirir.

Qarabağ iqtisadi rayonunda faydalı qazıntı yataqlarının ermənilər tərəfindən qanunsuz istismarına qarşı Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası ruh yüksəkliyi ilə davam edir. Etirazçılar aksiyanın keçirildiyi ilk gündən etibarən dünya ictimaiyyətini ermənilərin Qarabağda viran qoyduqları ekologiyanı qorumağa çağırırlar. Bir ağacın kəsilməsinə razı olmayan bəzi Avropa ölkələri Qarabağda ermənilərin törətdikləri ekoloji terrora göz yumur, səslərini çıxarmırlar.

Qeyd edək ki, etiraz aksiyası başlayan gündən ekofəallar Xankəndi-Laçın yolunda bölgədə müvəqqəti yerləşmiş Rusiya sülhməramlılarına Beynəlxalq Qızıl Xaç Komitəsinə məxsus nəqliyyat vasitələrinin maneəsiz hərəkətinə şərait yaradırlar. Gün ərzində etiraz aksiyasının keçirildiyi yoldan yüzlərlə avtomobil Ermənistan istiqamətinə əks tərəfə hərəkət edir. Bunu etiraz aksiyasının keçirildiyi yerə gələn əcnəbi jurnalistlər, ictimai fəallar, QHT təmsilçiləri, deputatlar gözləri ilə görür ermənilərin hay-küylə qaldırdıqları "blokada", "həyat yolunun bağlanması" kimi iddiaların yalan olduğunun şahidi olurlar. Yəni, yol humanitar məqsədlər üçün tam olaraq açıqdır. Tələblərin dərhal yerinə yetirilməsini təkid edən gənclər yolun Laçın Xankəndi istiqamətlərində hərəkətə maneə törətmədən, üzərində Azərbaycan, rus ingilis dillərində yazılmış plakatlar qaldırır, "Azərbaycan oyaqdır, sərvətinə dayaqdır!", "Azərbaycan vahiddir, sərvətinə sahibdir!", "Ekoloji cinayətə son!", "Stop ekoterror!", "Bereqite prirodu!" şüarlarını səsləndirirlər. Şuşa ərazisində Rusiya sülhməramlılarının nəzarətində olan yolun bir hissəsində etiraz aksiyası azərbaycanlı fəallar ekologiya üzrə qeyri-hökumət təşkilatlarının üzvləri tərəfindən Qarabağ iqtisadi rayonunda ermənilərin törətdikləri ekoloji terrora son qoyulması tələbi ilə keçirilir.

2022-ci il dekabrın 3- 7- Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə aparılmış müzakirələrin nəticəsi olaraq İqtisadiyyat Nazirliyi, Ekologiya Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti "AzerGold" Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji digər fəsadlarla bağlı ilkin monitorinq aparmalı idi. Lakin sülhməramlıların hərəkətsizliyi ucbatından monitorinq baş tutmayıb. 2022-ci il dekabrın 12-dən etibarən isə gənclərin etiraz aksiyası başlayıb.

Qeyd etdiyimiz kimi, azərbaycanlı gənclər, ekofəallar, könüllülər ekoloji terrora qarşı haqq səslərini ucaldır, talana son qoyulmasını tələb edirlər. Xalqımız Laçın-Xankəndi yolunda etiraz aksiyası keçirən gənclərlə fəxr edir, Azərbaycan gəncinin qədər yüksək keyfiyyətlərə malik olmasından qürur duyurlar. Ermənilər isə haqqın gözünə baxmaq yerinə, etiraz aksiyasının keçirildiyi yerin bir addımlığından dünyanı aldatmaqla məşğuldurlar. Halbuki, ermənilər otuz il işğalda saxladıqları Azərbaycan torpaqlarında yerüstü yeraltı sərvətlərimizi vəhşiliklə talan edib, flora faunaya çox ciddi zərbələr vuraraq özlərini dünyaya "məzlum", "yazıq", "aciz xalq" kimi təqdim edib, yırtıcı sifətlərini kirli niyyətlərini gizlədirlər. Bir daha qeyd edirik ki, otuz ilə yaxın müddətdə Qarabağ Şərqi Zəngəzur iqtisadi rayonlarına daxil edilən ərazilərin yeraltı-yerüstü sərvətləri erməni vandalları tərəfindən talanıb, qarət olunaraq Ermənistana daşınıb. Ekofəalların da əsas tələbi odur ki, bu cinayətlər heç vaxt cəzasız qalmamalıdır.

Salman ALIOĞLU,

"Respublika".