Ekoaksiya bütün çətinliklərə rəğmən davam edir
Digər xəbərlər

Ekoaksiya bütün çətinliklərə rəğmən davam edir

Ermənistan 30 il davam edən işğal dövrü ərzində Azərbaycana qarşı həyata keçirdiyi hərbi ekoloji cinayətlərini bu gün Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti nəzarətində olan ərazilərimizdə davam etdirir Azərbaycan ictimaiyyəti buna haqlı etirazlarını bildirir.

Məlum olduğu kimi, ötən il dekabr ayının 3-dən etibarən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi, Ekologiya Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti "AzerGold" Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi ərazilərimizdə, o cümlədən "Qızılbulaq" qızıl "Dəmirli" mis-molibden yataqlarında faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji fəsadlar ilə bağlı monitorinq keçirmələri üçün sülhməramlı kontingentin komandanlığı ilə danışıqlar aparıb. Monitorinqin aparılmasına dair razılıq əldə olunsa da, ötən il dekabrın 10-da Azərbaycan nümayəndələrinin sözügedən ərazilərə səfərinə maneçilik törədilib. Məhz bu səbəbdən Azərbaycan vətəndaş cəmiyyətinin nümayəndələri ekologiya fəalları Şuşa-Laçın yolunda etiraz aksiyasına başlayıblar. Laçın yolundan qeyri-qanuni iqtisadi fəaliyyət üçün istifadə etməklə ermənilər 2020-ci ildə imzalanmış 10 noyabr tarixli üçtərəfli Bəyanatın bəndlərini kobud şəkildə pozurlar.

Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarının dayandırılması ekoloji terrora son qoyulması məqsədilə ekofəallarımız böyük ruh yüksəkliyi ilə dinc aksiyanı artıq 95 gündür ki, davam etdirirlər. Zəngilan Kəlbəcərdə kifayət qədər qızıl yataqları mövcuddur. Təkcə Zəngilanın işğaldan azad olunmuş Vejnəli qızıl yatağında qızıl ehtiyatlarının həcmi 6,5 tondurLakin ötən 30 ilə yaxın müddət ərzində torpaqlarımızın işğalı yataqların işğalçı ölkə tərəfindən istismar olunmasına, eləcə erməni əsilli adamları tərəfindən bu təbii sərvətlərin mənimsənilməsinə səbəb olub. Qızıl yataqlarımız Azərbaycanın razılığı iştirakı olmadan Ermənistan vasitəsilə digər ölkələr tərəfindən qeyri-qanuni istifadə edilib. Bu da təbii ki, beynəlxalq hüququn prinsiplərinə ziddir. Bu baxımdan, Azərbaycan beynəlxalq hüquqa, o cümlədən beynəlxalq konvensiyalara uyğun olaraq bu istiqamətdə öz hüquqlarını qorumaq imkanına malikdir.

Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Bakıda keçirilən Zirvə görüşünü işıqlandırmaq üçün ölkəmizdə olan xarici media nümayəndələrinin ekoaksiya barədə reportajlar hazırlaması dəhlizin humanitar məqsədlər üçün açıq olduğunu  sübut edir. Media nümayəndələri burada olan zaman Rusiya sülhməramlılarına məxsus avtomobillərin Laçın-Xankəndi yolundan keçidinin şahidi olublar. Qeyd edək ki, azərbaycanlı ekofəallar Şuşa ərazisindən keçən Laçın-Xankəndi yolunda dekabrın 12-dən dinc aksiyaya başlayıblar.

Nurlan ABDALOV,

"Respublika".