Əhməd İsmayılov: Media subyektlərinə maliyyə yardımının məqsədi onların iqtisadi müstəqilliyinin təmin olunmasıdır
Digər xəbərlər

Əhməd İsmayılov: Media subyektlərinə maliyyə yardımının məqsədi onların iqtisadi müstəqilliyinin təmin olunmasıdır

Media subyektlərinə maliyyə yardımlarının ayrılması növbəti 6 ay üçün nəzərdə tutulub. Qaydalara əsasən, 6 ay ərzində müəyyən olunmuş media subyektlərinin MEDİA tərəfindən maliyyələşdirilməsi həyata keçiriləcək.

AZƏRTAC xəbər verir ki, bu sözləri Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov iyulun 2-də keçirdiyi mətbuat konfransında deyib.

Bu maliyyə dəstəyinin məqsədyönlü olduğunu bildirən Ə.İsmayılov qeyd edib: “Əsas məqsəd həmin media subyektlərinin iqtisadi müstəqilliyinin təmin olunmasıdır. Müsabiqənin qalibləri ilə görüşlər keçiriləcək və onlarla müqavilə imzalandıqdan sonra maliyyələşmə həyata keçiriləcək. Aparılacaq monitorinqlər zamanı yardımın təyinatı üzrə istifadə olunmadığı müəyyən edilərsə, o zaman maliyyə yardımı dayandırılacaq”.

 

Redaksiyalara göstərilən maliyyə yardımlarının xərc istiqamətlərinə xüsusi nəzarət olunacaq

Bundan əvvəl Azərbaycanda onlayn media subyektləri üçün müsabiqələr keçirilməyib. Lakin indiki şərtlər əvvəlkindən tamamilə fərqlidir, yəni, bu müsabiqələr əvvəlki ənənənin davamı deyil. Biz həm qəzetin dizaynını, həm də məzmununu dəyərləndirmişik.

AZƏRTAC xəbər verir ki, bu sözləri Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov iyulun 2-də keçirdiyi mətbuat konfransında deyib.

O bildirib: “Köhnə ənənələrdən ciddi fərqlərdən biri də odur ki, redaksiyalara göstərilən maliyyə yardımlarının xərc istiqamətləri artıq müəyyən edilib. Həmin tələblərə riayət edilməsinə MEDİA tərəfindən xüsusi nəzarət olunacaq. Bu müsabiqələr heç də köhnə ənənələrin davamı kimi qiymətləndirilə bilməz”.

 

Medianın İnkişafı Agentliyi  tərəfindən jurnalistlərə vəsiqə veriləcək

Azərbaycanda Vahid Media Reyestri yaradılacaq, MEDİA tərəfindən jurnalistlərə vəsiqə veriləcək. Bu vəsiqələrlə bağlı tələblər müəyyən olunacaq və vəsiqələr könüllülük əsasında təqdim ediləcək.

AZƏRTAC xəbər verir ki, bu sözləri Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov iyulun 2-də keçirdiyi mətbuat konfransında deyib.

O bildirib ki, MEDİA tərəfindən vəsiqə müəyyənləşdirilən tələblərə cavab verən jurnalistlərə veriləcək.

Medianın İnkişafı Agentliyi tərəfindən həyata keçirilən layihələrə toxunan icraçı direktor deyib ki, bunlar dəstək layihələridir, heç də hər hansı media orqanının bütün xərclərini qarşılaya bilməz. Bu, sadəcə olaraq, çatışmayan maliyyə resursunu qarşılamaq üçündür.

“Maliyyə dəstəyindən əlavə, kadr potensialının inkişaf etdirilməsi üçün layihələrin həyata keçirilməsi barədə də təkliflər var. Biz bu istiqamətdə də tədbirlər görməkdəyik. Bu layihələr gələcəkdə həyata keçirəcəyimiz layihələrin cüzi hissəsidir”, - deyə Əhməd İsmayılov qeyd edib.

 

Media subyektləri arasında müsabiqələr davamlı keçiriləcək

Çap və onlayn media subyektlərinin müsabiqələrinin nəticələri artıq elan olunub. Müsabiqənin keçirilməsində əsas məqsəd həmin media subyektlərinin inkişafına nail olmaqdır. Belə layihələr davamlı olacaq.

AZƏRTAC xəbər verir ki, bu sözləri Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov iyulun 2-də keçirdiyi mətbuat konfransında deyib.

“Müxtəlif media subyektləri ilə görüşlər keçirilib. Bu görüşlər müsabiqələrdən əvvəl təşkil olunub”, - deyə Əhməd İsmayılov əlavə edib.

AZƏRTAC