Ədliyyə naziri Sabirabadda vətəndaşlarla görüşüb
Sosial həyat

Ədliyyə naziri Sabirabadda vətəndaşlarla görüşüb

Aprelin 11- ədliyyə naziri Fikrət Məmmədov Sabirabad rayonunda Sabirabad, Saatlı, İmişli digər rayonlardan olan vətəndaşlarla görüşüb.

Ədliyyə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsi ziyarət olunaraq önünə gül dəstələri qoyulub, əziz xatirəsinə dərin ehtiram bildirilib.

Dövlətimizin başçısının tapşırığına bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq keçirilən görüşdə hər bir vətəndaş diqqətlə dinlənilərək, müraciətləri ilə bağlı aidiyyəti tapşırıqlar verilib. Vətən müharibəsi iştirakçılarına şəhid ailələrinə xüsusi həssaslıqla yanaşılaraq qayğıları ilə maraqlanılıb.

Bölgə sakinləri onlara göstərilən diqqət qayğıya, yerlərdə mütəmadi qəbulların təşkilinə görə dövlətimizin başçısına minnətdarlıqlarını ifadə ediblər.

Səfər zamanı ədliyyə naziri yerli məhkəmə ədliyyə orqanlarının şəraiti ilə tanış olub, ədliyyə işçiləri hakimlərlə görüşüb.

Görüşdə nazir "Heydər Əliyev İli" çərçivəsində ədliyyə orqanlarında məhkəmələrdə Ümummilli Liderin zəngin irsinə həsr olunan çoxşaxəli tədbirlərin keçirildiyini vurğulayıb, Ulu Öndərin ideya amallarını uğurla davam etdirən Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ədliyyə məhkəmə sistemində müasir çağırışlara uyğun aparılan mütərəqqi islahatları qeyd edərək qarşıda duran vəzifələrə toxunub, müvafiq tapşırıq tövsiyələr verib.

Ü.QARAYEV,

Respublika”.