Əbədi ehtiram mənəvi borcumuzdur
Region

Əbədi ehtiram mənəvi borcumuzdur

Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı Elxan İbrahimov Mollakənd və Ərəbxana kəndlərində Vətən müharibəsi şəhidləri Tural Eyyubovun və Pərviz Novruzovun məzarlarını ziyarət edərək onların əziz xatirəsini ehtiramla yad edib.

İcra başçısı şəhid ailələri ilə görüşüb, onların  problemləri ilə maraqlanıb, şəhidlərimizə  Allahdan  rəhmət,  ailələrinə səbir dilədi. O, Vətənimizin ərazi  bütövlüyü  uğrunda  canlarından  keçən şəhidlərimizin daim hörmət və ehtiramla yad edildiyini, onların gələcək nəsillərə örnək olduğunu vurğuladı, belə vətənpərvər, mərd, şücaətli övladlar böyütdüklərinə görə şəhid valideynlərinə təşəkkürünü bildirdi.

Şəhid ailələri diqqət və qayğıya görə Azərbaycan Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildirdilər.

Tofiq HÜSEYN,

"Respublika".