DÜŞMƏNİN BÜTÜN TƏXRİBATLARININ QARŞISI YÜKSƏK PEŞƏKARLIQLA ALINIR
Digər xəbərlər

DÜŞMƏNİN BÜTÜN TƏXRİBATLARININ QARŞISI YÜKSƏK PEŞƏKARLIQLA ALINIR

Dördüncü aydır ki, Laçın-Xankəndi yolunun Şuşa rayonu ərazisində ekofəalların dinc aksiyası keçirilir. Rusiya sülhməramlılarının müvəqqəti nəzarəti altında olan ərazilərimizdə qiymətli filiz yataqlarının qanunsuz istismarı talan edilməsi, gizli yollarla xarici ölkələrə daşınması aksiya iştirakçılarının hiddət qəzəbinə səbəb olub. Ekofəallar gənc könüllülər tələblərində israrlıdırlar. Bildirirlər ki, təbii sərvətlərimizin qeyri-qanuni istismarı vəhşicəsinə talan edilməsi dayandırılmalı, Azərbaycanın müvafiq dövlət qurumlarının həmin ərazilərdə monitorinq aparmasına şərait yaradılmalıdır. Təəssüf ki, Rusiya sülhməramlılarının rəhbərliyi aksiya iştirakçılarının haqlı tələblərini bu günə kimi yerinə yetirmir.

Namərd düşmən dinc, haqlı tələblərlə keçirilən aksiyadan məkrli xislətinə uyğun istifadə edərək guya Laçın-Xankəndi yolunun bağlandığını, Xankəndidə yaşayan ermənilərin blokadaya alındığını hay-həşirlə beynəlxalq təşkilatlara çatdırır.

Əslində, bu yol humanitar məqsədlər üçün gecə-gündüz açıqdır. Hər gün bu yoldan hər iki istiqamətdə 100-ə yaxın maşın maneəsiz, sərbəst hərəkət edir. Rusiya sülhməramlılarının təminatı, Beynəlxalq Qırmızı Xaç Komitəsi digər humanitar məqsədlər üçün nəqliyyat vasitələrinin hərəkətinə aksiya iştirakçıları özləri şərait yaradır. Bəs, bədnam düşməni narahat edən nədir? Sualımıza tanınmış filoloq-alim, Lənkəran Dövlət Universitetinin professoru Yədulla Ağazadə aydınlıq gətirdi:

- Ekofəalların fasiləsiz, hər gün xüsusi coşqu ilə keçirdikləri aksiyanı yüksək qiymətləndirirəm. Aksiya başlanandan ermənilər bu yoldan istifadə edib məkrli planlarını həyata keçirə bilmirlər. Əgər niyyətləri saf olsaydı, bu qədər hay-küy qoparmaz, xarici havadarlarından kömək ummazdılar.

Son bir neçə gündə ermənilər Xankəndi-Xəlfəli-Turşsu Laçının şimal hissəsindən keçən Xankəndi-Kosalar-Mirzələr-Turşsu yollarından istifadə edərək Xankəndidə yerləşən qanunsuz silahlı dəstələrə canlı qüvvə, silah-sursat, hərbi təyinatlı vasitələr çatdırırlar. Azərbaycan Ordusunun texniki müşahidə vasitələri torpaq yollarda aparılan tikinti işlərini, Ermənistana məxsus hərbi maşınların Rusiya sülhməramlılarının müşayiəti ilə qanunsuz hərəkətini qeydə alıb. Eyni zamanda bu yollardan qeyri-qanuni erməni silahlı dəstələrinin döyüş mövqelərinin təminat təchizatını həyata keçirmək üçün istifadə olunub. Son vaxtlar erməni silahlı birləşmələri üçün hərbi təyinatlı vasitələrin daşınması intensiv xarakter almışdı. Bu barədə ölkəmizin Müdafiə Nazirliyinin yaydığı məlumatda da qeyd olunub. Bildirilib ki, bu daşımalar, xüsusilə gecə vaxtı dumanlı hava şəraitindən istifadə etməklə həyata keçirilib.

Müdafiə Nazirliyi dəfələrlə qarşı tərəfə vəziyyəti gərginləşdirdiyini bildirir, potensial təxribatların qarşısının alınmasını təkidlə tələb edirdi. Rusiya sülhməramlıları məkrli düşmən susqunluq göstərir, bunlara məhəl qoymurdu. Yaranmış vəziyyəti nəzərə alaraq bu günlərdə ordumuzun bölmələri tərəfindən yüksək peşəkarlıqla lokal zəruri nəzarət tədbirləri həyata keçirilib. Xankəndi-Xəlfəli-Turşsu Xankəndi-Kosalar-Mirzələr-Turşsu yolları tam Azərbaycan ordusunun nəzarətinə keçib. Lokal əməliyyat tədbirləri nəticəsində Sarıbaba Qırxqız yüksəkliklərinə nəzarəti ordumuz öz üzərinə götürüb. Artıq Laçın-Xankəndi yolu bütünlüklə ordumuzun nəzarətindədir, - deyə Yədulla müəllim bildirir.

Müasir, sivil, qəhrəman ordumuz düşmənin bütün təxribatlarının qarşısını qətiyyətlə, yüksək peşəkarlıqla alır. Son günlər ordumuzun uğurlu əməliyyatları düşməni havadarlarını məyus edib. Laçın yolunda, Azərbaycanın Ermənistanla sərhədində tezliklə sərhəd-keçid nəzarət məntəqəsinin yaradılması qanunsuz erməni silahlı birləşmələrinin sonunu yaxınlaşdıracaqdır.

Əlisəfa HƏSƏNOV,

"Respublika".