Düşmən iddiasından əl çəkmirsə, sayıqlığımızı itirməyə haqqımız yoxdur
Digər xəbərlər

Düşmən iddiasından əl çəkmirsə, sayıqlığımızı itirməyə haqqımız yoxdur

Erməni silahlı dəstələri tərəfindən tarixən Bakıda, Şamaxıda, Qubada, Xaçmazda, Lənkəranda, Qarabağda, Naxçıvanda Azərbaycanın digər bölgələrində yerli əhaliyə qarşı dəhşətli cinayətlər törədilmişdir. Mart qırğınlarına bilavasitə rəhbərliyi üzdə bolşevik, əslində isə qatı daşnak, Bakı kommunasının sədri Stepan Şaumyan həyata keçirmişdir. Rəsmi məlumatlara görə, mart ayının 30-dan aprel ayının 4-ə qədər minlərlə azərbaycanlı qətlə yetirilmiş, minlərlə insan itkin düşmüşdür.

Milli Məclisin deputatı Nəsib Məhəməliyev bizimlə söhbətində bildirdi ki, tarixdən düzgün nəticələr çıxarılmadıqda daha ağır fəsadların baş verməsi labüddür. Xalqımızın unutqanlığı, sülhsevərliyi tarixin növbəti mərhələlərində repressiyalarla, qətliamlarla, deportasiyalarla, torpaq itkiləri ilə nəticələndi.

Qeyd olundu ki, ümummilli lider Heydər Əliy

evin 26 mart 1998-ci il tarixli fərmanı ilə hər il 31 mart Azərbaycanlıların Soyqırımı Günü kimi elan olunandan sonra erməni terroru ilə bağlı müxtəlif dillərdə kitablar, arxiv materialları, rəsmi sənədlər nəşr olundu. Əhali arasında maarifləndirmə işləri aparıldı. Ermənistanın terror dövləti olması, ASALA digər çoxsaylı erməni terror təşkilatlarına dəstəyi, Azərbaycanda dünyanın müxtəlif coğrafiyalarında törətdikləri cinayətlər barədə geniş təbliğat kampaniyası aparıldı. Beynəlxalq birlik, erməni terror təşkilatlarının insanlıq əleyhinə törətdikləri cinayətlərlə məhz Azərbaycan dövlətinin apardığı sistemli siyasət sayəsində məlumatlandı.

İndi Azərbaycan dövləti tarixinin ən şərəfli, güclü inkişaf dövrünü yaşayır. Qəhrəman Ordumuz Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük müharibədə tarixi Qələbə qazandı. Erməni terroruna, dünya erməniliyinə sarsılmaz zərbə vurdu. "Böyük Ermənistan" xülyasını məhv etdi. Şəhidlərin, soyqırımı qurbanlarının intiqamını aldı. Bu gün onların ruhu şaddır.

Əldə olunan uğurlara baxmayaraq, daim ayıq-sayıq olmalıyıq. Tarixin acı nəticələrini unutmamalıyıq. qədər ki, düşmən öz iddialarından əl çəkmək istəmir, sayıqlığımızı itirməyə haqqımız yoxdur.

M.NƏRİMANOĞLU,

"Respublika".