Düsen Kaseinov: Bütün türk dövlətləri Qarabağda aparılan bərpa və quruculuq prosesində iştirak etməkdə maraqlıdır
MÜSAHİBƏLƏR

Düsen Kaseinov: Bütün türk dövlətləri Qarabağda aparılan bərpa və quruculuq prosesində iştirak etməkdə maraqlıdır

Biz Şuşanı, bu torpaqda böyüyüb başa çatan musiqiçiləri, mütəfəkkirləri dünyaya tanıtmalıyıq. Bütün türk dövlətləri Qarabağda aparılan bərpa və quruculuq prosesində iştirak etməkdə maraqlıdır.

Bu fikirləri AZƏRTAC-a məxsusi açıqlamasında Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) Baş katibi Düsen Kaseinov söyləyib.

Azərbaycanın Zəfərindən qürurla danışan TÜRKSOY-un Baş katibi Şuşada həyatın yenidən canlanmasından məmnunluğunu ifadə edərək deyib: "Şuşaya yeni nəfəs, yeni ruh gəlir. Şəhər yenidən dirçəlir. Azərbaycanın uğuru bütün türk dünyasının uğurudur. Biz daha da həmrəy olmalıyıq. Nəinki mədəniyyət sahəsində, iqtisadiyyat, elm, təhsil və digər istiqamətlərdə bir-birimizdən dəstəyimizi əsirgəməməliyik".

Baş katib vurğulayıb ki, 30 ilə yaxın davam edən işğaldan sonra Qarabağda, Şuşada həyat yenidən öz axarına düşüb. Düsen Kaseinov 2023-cü il üçün Şuşanın "Türk dünyasının mədəniyyət paytaxtı" elan olunacağından məmnunluğunu ifadə edib.

AZƏRTAC