Dünyada su böhranının həlli prioritetdir
Ekologiya

Dünyada su böhranının həlli prioritetdir

Su ehtiyatları dayanıqlı inkişafın əsas amilidir Yer kürəsində həyatın bütün aspektlərini dəstəkləyir. Təhlükəsiz təmiz suya əlçatanlıq təməl insan hüquqlarından biridir. Amma onilliklər ərzində su ehtiyatları sahəsində təsərrüfatsızlıq onlardan düzgün istifadə olunmaması həyatın bir çox sahələrinə mənfi təsir edən böhrana gətirib çıxarıb. İqlim dəyişikliyi nəticəsində quraqlıq halları da artıb. Ümumdünya Meteorologiya Təşkilatının son hesabatına görə, 2000-ci ildən bəri davamlı quraqlıq 29 faiz artıb.

Bütün bu faktorların nəticəsində hazırda dünyada milyardlarla insan su çatışmazlığı ilə üzləşib. Hesablamalara görə, çirkli su, pis sanitariya gigiyena şəraiti ilə əlaqədar meydana gələn xəstəliklərdən hər il 800 mindən çox insan ölür. 4 milyarda yaxın insan isə ildə ən azı bir ay kəskin su çatışmazlığından əziyyət çəkir. BMT-nin araşdırmaları da göstərir ki, dünya əhalisinin demək olar ki, yarısı təmiz su içə bilmir. 2030-cu ilə qədər isə dünya əhalisi ciddi su qıtlığı yaşayacaq. Bu səbəbdən son dövrdə su mənbələrinin qorunması əksər dövlətlərin, eləcə beynəlxalq təşkilatların prioritetinə çevrilib.

Birləşmiş Millətlər Təşkilatı da bu sahədə görülən işlərin davamı olaraq martın 22-24- mənzil-qərargahında 2023- il üçün su ehtiyatları üzrə konfrans keçirib. Tədbir 2030-cu ilədək su təhlükəsizliyinin sanitariya xidmətlərinin təmin edilməsi sahəsində tərəqqinin sürətləndirilməsi üçün unikal imkan hesab oluna bilər. Tacikistan Niderland hökumətlərinin birgə evsahibliyi etdiyi konfransın açılışında çıxış edən BMT-nin Baş katibi Antonio Quttereş bildirib ki, hazırda dünyada cərəyan edən dörd təbii fəlakətdən təxminən üçü su ilə bağlıdır. Onun sözlərinə görə, su qlobal siyasi gündəmin mərkəzində olmalıdır: "Bəşəriyyətin gələcəyə olan bütün ümidləri bu ya digər şəkildə su ehtiyatlarının davamlı idarə edilməsi qorunması üçün yeni kursun müəyyən edilməsindən asılıdır".

BMT-nin Nyu-Yorkdakı qərargahında Su Konfransı çərçivəsində Azəbaycanın evsahibliyi BMT-nin Ərzaq Kənd Təsərrüfatı Təşkilatının, Beynəlxalq Miqrasiya Təşkilatının, ABŞ-ın nüfuzlu Arizona Dövlət Universitetinin təşkilatçılığı ilə "Azərbaycanda transformativ tədbirlər vasitəsilə Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmağı sürətləndirmək üçün su sektorunda həyata keçirilən islahatlar, maraqlı tərəflərin iştirakı innovasiyanın tətbiqi" adlı tədbir keçirilib. Tədbirdə çıxış edən ekologiya təbii sərvətlər naziri Muxtar Babayev Azərbaycanda indiyədək bu sahədə görülmüş işlər barədə məlumat verib bu məqsədlərə nail olmaqda qlobal əməkdaşlığın vacibliyini vurğulayıb. Nazir bildirib ki, su ehtiyatlarının səmərəli idarə olunmasını təmin etmək su çatışmazlığının qarşısını almaq üçün Azərbaycan 2030-cu ilədək Davamlı İnkişaf Gündəliyinə uyğun olaraq milli su siyasətini formalaşdırıb. Nazir BMT Baş Assambleyasının su fəlakət üzrə altıncı xüsusi tematik sessiyasında Azərbaycanda su ehtiyatlarının idarə edilməsi, Qarabağ Şərqi Zəngəzur iqtisadi rayonları ərazisində görülən işlər, transsərhəd su probleminin həllində region ölkələrlə əməkdaşlığın vacibliyi, Oxçuçayın Ermənistan tərəfindən sənaye tullantıları ilə çirkləndirilməsi mövzusunda çıxış edib. BMT rəsmiləri mütəxəssislər isə Azərbaycanın Su Konfransının nəticələrinə töhfə vermək üçün region ölkələrini bir platformada birləşdirən Regional Məlumat Mərkəzi kimi fəaliyyət göstərmək təşəbbüsünü yüksək qiymətləndiriblər.

Onu da qeyd etmək lazımdır ki, ölkəmiz son dövrdə su böhranından əziyyət çəkirdi. Qlobal ekoloji problem səbəbindən Kür çayının aşağı axınlarında, xüsusilə Salyan Neftçala rayonlarının ərazisində içməli su, həmçinin kənd təsərrüfatının suvarılması baxımından ciddi təhlükə yaranmışdı. Amma son günlər Kür çayının səviyyəsi 1,7 metr qalxıb. Belə ki, çay suyu Xəzər dənizinə birləşdiyi ərazidə quraşdırılan suaşıran bəndləri keçərək yenidən dənizə qovuşmağa başlayıb. Həmçinin Kürün deltasında yaradılan balıqkeçiricilərdə kifayət qədər su yığılıb. Bu da balıqların kürüləmək üçün Kür çayına maneəsiz daxil olması deməkdir. Hazırda Salyan Neftçala rayonları ərazisində çay sahilində yaşayan sakinlərin içməli su problemi qaydasına düşür. Kürdə suyun səviyyəsi daha da qalxarsa, sakinlər yaranan problemi geridə qoyacaqlar.

Bu addımlar isə Prezident İlham Əliyevin müəyyənləşdirdiyi strategiyaya uyğun şəkildə atılır. Dövlət başçımız martın 13- Berlində Almaniyanın aparıcı şirkətlərinin rəhbərləri ilə görüşündə demişdi ki, hədəfimiz bütün ölkə ərazisində içməli su təchizatının 100 faiz təmin edilməsidir: "Sözsüz ki, bunu etmək çətin olacaq, çünki görülməli işin həcmi böyükdür. Lakin bizim, həmçinin su ehtiyatlarının idarə olunması sahəsində bəzi struktur islahatlarının həyata keçirilməsi ilə bağlı planlarımız var. Bunun vaxtı gəlib çatıb. Hazırda hökumət müxtəlif variantları xüsusilə indi suyun ildən-ilə azaldığını gördüyümüz bir vaxtda, suyun paylaşdırılması ilə bağlı müasir texnologiyaların tətbiqini dəyərləndirir".

Həm regional, həm qlobal müstəvidə atılan addımlar isə onu deməyə əsas verir ki, su ehtiyatlarının idarə olunması, rezervlərdən səmərəli istifadə dövlətimizin, eləcə digər dünya ölkələrinin qarşıdakı illər üçün aparıcı prioritetlərindən biri olacaq.

Jalə QASIMZADƏ,

"Respublika".