Dünya düzənini dəyişən savaş - ÇANAQQALA ZƏFƏRİ
Türk dünyası

Dünya düzənini dəyişən savaş - ÇANAQQALA ZƏFƏRİ

18 mart 1915-ci il nəinki Türkiyənin, ümumilikdə türk İslam dünyasının tarixinə qanla yazılmış şərəfli bir tarixdir. Çünki tam 108 il öncə, Birinci Dünya müharibəsi zamanı dahi Mustafa Kamal Atatürkün rəhbərliyi ilə qəhrəman türk ordusunun Çanaqqala cəbhəsində apardığı mübarizə əldə edilən 18 Mart zəfəri, eyni zamanda bütün dünyada proseslərin gedişatına da təsir etdi. Bu zəfər dünya düzənini, dünya ölkələrində qüvvələr nisbətini dəyişdi, böyük türk millətinin gücünü bir daha ortaya qoydu.

Çanaqqala döyüşü həm gələcək qurtuluş savaşının şərəfli başlanğıcı olub. Dəniz quru qoşunlarını əhatə edən bütün çətinliklərə baxmayaraq, türk hərb tarixinin şərəfli səhifələrindən birinə çevrilən Çanaqqala döyüşü Atatürk kimi bir dahini yetişdirmiş, gələcək qurtuluş savaşında onun liderliyinə əsas zəmin olmuşdur. Hər biri ayrı-ayrılıqda qəhrəmanlıq nümunəsi sayılan döyüşlərdə itirilən insanların sayına sosial mənşəyinə nəzər salanda mübarizənin bir ümumxalq xarakteri daşıdığına heç bir şübhə qalmır. Bu döyüşlərdə əhalinin bütün təbəqələri iştirak edib. Çoxlu sayda ziyalı həm vuruşub, həm əsl vətənpərvərlik təbliğatı aparıblar. Bu da təbii ki, texniki imkanlar baxımından avropalılardan xeyli dərəcədə geridə olan türk ordusunun mənəvi qüdrətini döyüş ruhunu nəzərəçarpacaq dərəcədə artırıb. Zəif silahlarla silahlanmış, lakin son dərəcə döyüşkən əzmkar olan türklərin, o dövrün ən son hərbi nailiyyətlərindən istifadə edən avropalıları geri oturtması, onların mərdlik cəsurluğunun parlaq nümunəsi kimi qiymətləndirilməlidir.

İllər sonra Çanaqqala döyüşü bir dastana çevrilmişdir. Bu dastandakı qəhrəmanlardan biri yanındakı topçuların hamısı şəhid olaraq tək qalan Seyid çavuşdur. Düşmən gəmisi boğaza yaxınlaşırdı. Gəmi boğaza girsə, Anadolunun taleyi həll olunacaq düşmən İstanbulu işğal edəcəkdi. Seyid çavuş (qoca Seyid) isə tək idi. Atmağa 276 kiloqramlıq bir top mərmisi qalmışdı. Adi vəziyyətdə bu mərmini bir nəfərin götürüb topun lüləsinə qoyması ağlabatan görünmürdü. Amma Seyid çavuş özü inanmır ki, haradan ona güc gəlir ki, o, 276 kiloqramlıq mərmini bir anda götürərək topa qoyur atəş açır. Bu atəşlə o, gəminin gövdəsini dağıdır onu batırır. Beləliklə, Seyid çavuşun bu qəhrəmanlığı düşmənin geri çəkilərək qaçmasına səbəb olur. Bir sözlə, bir mərmi, bir nəfər topçu Çanaqqala döyüşünün taleyində çox mühüm əhəmiyyətli rol oynayır.

Bir millətin gücünü ortaya çıxararaq nələr edə biləcəyini göstərən bu şərəfli döyüş, yəni, Türkiyə Cümhuriyyəti qurulduqdan sonra ingilis fransız donanmalarının geri çəkilməyə məcbur edildiyi o tarixi gün, yəni 18 Mart - Çanaqqala Şəhidlərini Anma Günü olaraq elan edilmişdir. Müttəfiqlər üçün isə bu döyüş əsgəri bacarıqsızlıq fəlakət simvolu olaraq sayılmışdır. Bununla yanaşı, Çanaqqala döyüşü məhvolma vəziyyətindəki bir ölkənin möhtəşəm qələbəsi kimi artıq hər bir türk vətəndaşının mübarizliyinin simvolu kimi əbədiləşmişdir.

 Əgər Çanaqqala savaşında Türkiyə məğlub olsaydı, bu gün bütün türk-islam aləmi Qərbin köləsi olacaqdı. Məhz bu baş verməsin deyə, Çanaqqalada dünyanın müxtəlif yerlərindən, o cümlədən o taylı-bu taylı Azərbaycandan gəlmiş türk-müsəlmanlar türkiyəli qardaşları ilə çiyin-çiyinə vuruşaraq şəhid ya qazi oldular.

259 gün davam edən böyük insan itkisi (türklər (250869), azərbaycanlılar (3000), ingilislər (216014) fransızlar (47745)) ilə nəticələnən Çanaqqala döyüşü mənəvi gücün maddi texniki üstünlüklər üzərində qalibiyyət simvoludur. Türk əsgərinin nəyin bahasına olursa-olsun, öz şərəfini, ləyaqətini, əqidəsini qoruma gücündə olduğunu göstərən bir meydandır Çanaqqala zəfəri. Türk əsgərinin şücaəti nəticəsində bu qələbədə Azərbaycanın da payı var eyni zamanda Çanaqqala zəfəri o zaman Azərbaycanda gedən ictimai-siyasi proseslərə çox mühüm təsir göstərib. Belə ki, Çanaqqaladakı məğlubiyyət nəticəsində Antanta dövlətləri müttəfiqləri olan çar Rusiyasına yardım edə bilməyiblər. Bu da öz növbəsində Rusiyada hökm sürən sosial, siyasi digər sahələrdəki ziddiyyətləri kəskinləşdirib nəticədə, 1917-ci ilin Fevral inqilabı baş verib. Fevral inqilabından sonra Azərbaycan milli hərəkatı özünün keyfiyyətcə ən yüksək mərhələsinə daxil olub bu da öz məntiqi yekunu kimi 1918-ci il mayın 28- Azərbaycan Cümhuriyyətinin yaranması ilə nəticələnib.

Onu da qeyd edək ki, 24 aprel 2015-ci il tarixində Çanaqqala döyüşlərinin 100- ildönümü münasibətilə Türkiyədə keçirilmiş xatirə tədbirində iştirak edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu döyüşlərdə şəhid olmuş azərbaycanlıların xatirəsinin Çanaqqala Şəhidliyi Kompleksində əbədiləşdirilməsinə dair Azərbaycanın müvafiq dövlət qurumlarına göstəriş vermişdirBununla bağlı ötən il Azərbaycanın Türkiyədəki səfirliyinin iştirakı ilə 1915-ci ildə türk torpaqlarının azadlığı uğrunda gedən döyüşlərdə şəhid olan Azərbaycan əsgərlərinin xatirəsinə Çanaqqalada ucaldılacaq abidənin təməli qoyulmuşdur. Gelibolu Tarixi Sahəsində ayrılmış ərazidə təməli qoyulan Azərbaycan Şəhidləri Abidəsi Çanaqqala Şəhidlər Abidəsinə 500 metr məsafədə yerləşir ərazi ümumilikdə 1960 kvadratmetr sahəni əhatə edir.

Abidə layihəsinin eskizi Prezident İlham Əliyevin tapşırığı ilə azərbaycanlı heykəltəraşlar tərəfindən hazırlanıb. Heykəltəraş Tural Rzaquliyevin layihəsinə əsasən, Bakıda hazırlanacaq milli ornamentlərin əks olunacağı bürünc barelyefdə çiyin-çiyinə vuruşan Azərbaycan Türkiyə əsgərləri təsvir ediləcək. Barelyef 3 metr hündürlüyündə postament üzərinə yerləşdiriləcək abidə onu tamamlayacaq sütunla birlikdə ümumi 13 metr hündürlükdə olacaq.

Esmira YAZKAN ASLANOVA,

''Respublika'' qəzetinin Türkiyə üzrə müxbiri.