Dünya çempionatına lisenziya əldə olunub
İdman

Dünya çempionatına lisenziya əldə olunub

Milli Paralimpiya Komitəsindən bildirilir ki, atletika üzrə milli komandasının üzvü, paralimpiya çempionu Lamiyə Vəliyeva İtaliyanın Cesolo şəhərində keçirilən Qran Pridə 100 metrəyə qaçışda 12.45 s. nəticə göstərərək birinci yerə sahib çıxıb.

Lamiyə Vəliyeva bu nəticə ilə cari ilin iyul ayında Fransanın paytaxtı Paris şəhərində keçiriləcək atletika üzrə dünya çempionatına lisenziya əldə edib.