Dünya Bankı Qrupunun Azərbaycan üzrə yeni Tərəfdaşlıq Çərçivə Sənədi hazırlanacaq
Siyasət

Dünya Bankı Qrupunun Azərbaycan üzrə yeni Tərəfdaşlıq Çərçivə Sənədi hazırlanacaq

İqtisadiyyat naziri Mikayıl Cabbarov Dünya Bankının Cənubi Qafqaz üzrə yeni regional direktoru Rolande Praysla görüşüb. İqtisadiyyat naziri xanım Praysı Dünya Bankının Azərbaycan üzrə ölkə meneceri Stefani Stallmeysteri yeni vəzifələrinə təyin olunmaları münasibətilə təbrik edib, onlara fəaliyyətlərində uğurlar arzulayıb.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, iqtisadiyyat naziri Azərbaycanın Dünya Bankı ilə uğurla əməkdaşlıq etdiyini, ölkəmizdə Bankın göstərdiyi texniki yardım maliyyə dəstəyi layihələrinin yüksək qiymətləndirildiyini diqqətə çatdırıb. Nazir qeyd edib ki, Dünya Bankı ilə əlaqələrimiz çoxşaxəlidir. Bankla özəl sektorun diaqnostikası, innovasiyalar, rəqəmsal inkişaf, idarəetmə texnologiyalarının inkişafı digər sahələrdə əməkdaşlıq Azərbaycanda qabaqcıl beynəlxalq təcrübənin tətbiqi, müasir texnologiya yeniliklərin ölkəmizə gətirilməsi baxımından xüsusi önəm kəsb edir.

Görüşdə Azərbaycan iqtisadiyyatının prioritetləri, o cümlədən iqtisadi diversifikasiya, qeyri-neft sektorunun inkişafı, investisiyaların təşviqi biznes mühitinin davamlı olaraq yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlər, əldə olunan nəticələr barədə məlumat verilib.

Rolande Prays ölkəmizin strateji inkişaf məqsədlərinə nail olunması istiqamətində Bankın Azərbaycan hökuməti ilə sıx əməkdaşlığı davam etdirəcəyinə əminliyini bildirib, tərəfdaşlığın yeni istiqamətləri barədə fikirlərini bölüşüb. Tərəflər, həmçinin Dünya Bankının Azərbaycanda gələcək fəaliyyətini investisiya layihələrinin indikativ proqramını, eləcə 2023-2028-ci illəri əhatə edən Dünya Bankı Qrupunun Azərbaycan üzrə yeni Ölkə Tərəfdaşlıq Çərçivə Sənədinin hazırlanması üzrə növbəti addımları müzakirə ediblər.