Dünən Azərbaycanda COVID-19 əleyhinə vaksin vurulmayıb
Səhiyyə

Dünən Azərbaycanda COVID-19 əleyhinə vaksin vurulmayıb

Yanvarın 23-də Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə vaksin vurulmayıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a bildirilib ki, Azərbaycanda indiyə qədər vurulan vaksin dozalarının ümumi sayı 13 milyon 939 min 902, birinci mərhələ üzrə vurulan peyvənd dozalarının ümumi sayı 5 milyon 401 min 105, ikinci mərhələ üzrə 4 milyon 876 min 635, üç və daha çox doza vaksinlərin sayı 3 milyon 397 min 071, pozitiv nəticədən sonra "buster" doza vaksinlərin sayı 265 min 91-dir.                                   

Son sutkada Azərbaycanda COVID-19 infeksiyasına 12 yoluxma qeydə alınıb

Son sutkada Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına 12 yoluxma faktı qeydə alınıb, 2 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a verilən məlumata görə, son sutkada COVID-19-dan vəfat edən olmayıb.

İndiyədək ölkədə ümumilikdə 827 min 679 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 817 min 316 nəfər müalicə olunaraq sağalıb, 10 min 68 nəfər vəfat edib. Aktiv xəstə sayı 295 nəfərdir.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 896, indiyə qədər isə ümumilikdə 7 milyon 472 min 527 test icra olunub.