Dünən Azərbaycanda COVID-19 əleyhinə 43 min dozadan çox peyvənd vurulub
Səhiyyə

Dünən Azərbaycanda COVID-19 əleyhinə 43 min dozadan çox peyvənd vurulub

Fevralın 10-da Azərbaycanda 43 min 27 nəfər yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə vaksinasiya olunub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a bildirilib ki, gün ərzində birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 3 min 145, ikinci mərhələ üzrə 2 min 39, "buster" doza ilə peyvənd olunanların sayı isə 37 min 843 nəfər təşkil edib.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 12 milyon 349 min 272, birinci mərhələ üzrə vurulan peyvəndlərin ümumi sayı 5 milyon 258 min 618, ikinci mərhələ üzrə 4 milyon 758 min 803, vurulan "buster" doza vaksinlərin ümumi sayı isə 2 milyon 331 min 851-dir.

AZƏRTAC