Dünən Azərbaycanda COVID-19 əleyhinə 41 min dozadan çox peyvənd vurulub
Səhiyyə

Dünən Azərbaycanda COVID-19 əleyhinə 41 min dozadan çox peyvənd vurulub

Fevralın 11-də Azərbaycanda 41 min 364 nəfər yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə vaksinasiya olunub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a bildirilib ki, gün ərzində birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 2 min 877, ikinci mərhələ üzrə 1902, "buster" doza ilə peyvənd olunanların sayı isə 36 min 585 nəfər təşkil edib.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 12 milyon 390 min 636, birinci mərhələ üzrə vurulan peyvəndlərin ümumi sayı 5 milyon 261 min 495, ikinci mərhələ üzrə 4 milyon 760 min 705, vurulan "buster" doza vaksinlərin ümumi sayı isə 2 milyon 368 min 436-dır.

AZƏRTAC