Dünən Azərbaycanda COVID-19 əleyhinə 36 min 141 doza peyvənd vurulub
Səhiyyə

Dünən Azərbaycanda COVID-19 əleyhinə 36 min 141 doza peyvənd vurulub

Fevralın 23-də Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə 36 min 141 doza vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a bildirilib ki, gün ərzində birinci doza üzrə vurulan vaksinlərin sayı 2502, ikinci doza üzrə 1770, üç və daha çox doza vaksinlərin sayı 29 min 929, pozitiv nəticədən sonra "buster" doza vaksinlərin sayı isə 1940-dır.

Azərbaycanda indiyə qədər vurulan vaksinlərin ümumi sayı 12 milyon 864 min 217, birinci mərhələ üzrə vurulan peyvəndlərin ümumi sayı 5 milyon 290 min 799, ikinci mərhələ üzrə 4 milyon 778 min 777, üç və daha çox doza vaksinlərin sayı 2 milyon 596 min 563, pozitiv nəticədən sonra "buster" doza vaksinlərin sayı 198 min 78-dir.

AZƏRTAC