Dünən Azərbaycanda COVID-19 əleyhinə 30 min dozaya yaxın peyvənd vurulub
Səhiyyə

Dünən Azərbaycanda COVID-19 əleyhinə 30 min dozaya yaxın peyvənd vurulub

Fevralın 25-də Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə 29 min 830 doza vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a bildirilib ki, gün ərzində birinci doza üzrə vurulan vaksinlərin sayı 2042, ikinci doza üzrə 1525, üç və daha çox doza vaksinlərin sayı 24 min 771, pozitiv nəticədən sonra "buster" doza vaksinlərin sayı isə 1492-dir.

Azərbaycanda indiyə qədər vurulan vaksinlərin ümumi sayı 12 milyon 926 min 638, birinci mərhələ üzrə vurulan peyvəndlərin ümumi sayı 5 milyon 295 min 50, ikinci mərhələ üzrə 4 milyon 781 min 811, üç və daha çox doza vaksinlərin sayı 2 milyon 648 min 544, pozitiv nəticədən sonra "buster" doza vaksinlərin sayı 201 min 233-dür.

AZƏRTAC