Dünən Azərbaycanda COVID-19 əleyhinə 25 min 637 vaksin vurulub
Səhiyyə

Dünən Azərbaycanda COVID-19 əleyhinə 25 min 637 vaksin vurulub

Martın 5-də Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə 25 min 637 doza vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a bildirilib ki, gün ərzində birinci doza üzrə vurulan vaksinlərin sayı 1514, ikinci doza vaksinlərin sayı 1631, üç və daha çox doza vaksinlərin sayı - 21 min 214, pozitiv nəticədən sonra "buster" doza vaksinlərin sayı 1278.

Azərbaycanda indiyə qədər vurulan vaksinlərin ümumi sayı 13 milyon 136 min 656, birinci mərhələ üzrə vurulan peyvəndlərin ümumi sayı 5 milyon 307 min 491, ikinci mərhələ üzrə 4 milyon 793 min 776, üç və daha çox doza vaksinlərin sayı 2 milyon 823 min 16, pozitiv nəticədən sonra "buster" doza vaksinlərin sayı 212 min 373-dür.

AZƏRTAC