Dövlətçilik tariximizin ən parlaq səhifəsi Heydər Əliyevin adı ilə bağlıdır
Siyasət

Dövlətçilik tariximizin ən parlaq səhifəsi Heydər Əliyevin adı ilə bağlıdır

Hər bir xalqın tarixinin ən mürəkkəb mərhələsində onun dövlətçilik ənənələrini formalaşdırmış milli lideri müstəsna rol oynayır. Ona görə liderlərin mənalı zəngin həyat səhifələrini vərəqləyərkən onların mənsub olduğu xalqların dövlətçilik ənənələri, tarixi, inkişaf səviyyəsi barədə aydın təsəvvür yaranır. Bu dahi şəxsiyyətlər yüksək mənəvi aləmləri, ali bəşəri milli ideallara, ümummilli mənafelərə bağlılıqları ilə milyonların qəlbində möhtəşəm abidə ucaldırlar

Ümummilli Lider Heydər Əliyevin zəngin dövlətçilik irsi həyat fəlsəfəsi daim diqqət mərkəzində olacaqdır. Çünki Ulu Öndərin həyat yaradıcılıq fəlsəfəsi öz xalqına həmişə sədaqətlə xidmət etmək, Azərbaycanı müstəqil bir dövlət kimi formalaşdırmaq onu dinamik inkişaf yoluna çıxarmaq olmuşdur.

Heydər Əliyev ölkəmizə rəhbərlik etdiyi ilk gündən xalqına bağlı olduğunu respublikanın onun bölgələrinin sosial-iqtisadi inkişafına nail olmaq üçün böyük həvəs qətiyyəti ilə əhalinin  rifahının yaxşılaşmasına xüsusi önəm verməsi ilə göstərdi. Bunun nəticəsində Azərbaycan Respublikası SSRİ məkanında geridə qalmış kənd təsərrüfatı ölkəsindən inkişaf etmiş qüdrətli sənaye aqrar potensiala malik bir respublikaya çevrildi. Məhz Heydər Əliyevin Azərbaycana rəhbərliyinin birinci dövründə əldə etdiyi yüksək nailiyyətlər onun SSRİ kimi nəhəng bir dövlətin rəhbərlərindən  biri kimi fəaliyyət göstərməsinə  zəmin yaratdı

Zamanın hökmü ilə ötən əsrin 90- illərində dövlət müstəqilliyini bərpa edən Azərbaycan Ermənistanın təcavüzü, xarici təzyiqlər daxili çəkişmələr üzündən dünyanın siyasi xəritəsindən silinmək dövlətçiliyini itirmək təhlükəsi ilə qarşılaşmışdır. Taleyimizin həll olunduğu ağır bir zamanda xalqın təkidli xahişi ilə yenidən hakimiyyətə qayıdan Heydər Əliyev doğma Vətənin xilası naminə misilsiz fədakarlıq göstərərək ölkəmizi ictimai-siyasi pərakəndəliyin anarxiyanın məngənəsindən qurtarmış, bütün sahələrdə müşahidə olunan dərin tənəzzülün qarşısını almış, yenidən qurduğu hər cür qəsdlərdən qoruduğu dövlətin dayanıqlı inkişaf yolunu müəyyən etmişdir.

Ulu Öndərin 1993- ilin oktyabrında dövlət başçısı seçilməsindən sonra müstəqil Azərbaycanın hüquqi siyasi-iqtisadi suverenliyinin təmin olunması prosesi əsaslı şəkildə sürətlənmişdir. Heydər Əliyev rəhbərliyi dövründə Azərbaycanı bir dövlət kimi zamanın ağır sərt sınaqlarından çıxara bilmiş, ölkənin inkişafı üçün mühüm addımlar atmışdır. Ümummilli Lider ilk növbədə, ölkədə ictimai-siyasi sabitliyin bərpası istiqamətində gərgin aparmış, qeyri-qanuni silahlı dəstələr zərərsizləşdirilmiş, sosial-iqtisadi yüksəlişə yol açan ən mühüm amil kimi cəmiyyətdə ictimai-siyasi sabitlik bərqərar edilmişdir. Müstəqil Azərbaycan dövlətinin beynəlxalq münasibətlər sistemində yeri, o cümlədən Avropa ölkələri ABŞ, Rusiya, türkdilli dövlətlər, Türkiyə İranla, həmçinin nüfuzlu beynəlxalq təşkilatlarla əlaqələrinin yaxın dövr üçün prioritetləri müəyyənləşdirilmiş tədricən həyata keçirilmişdir. Qısa müddət ərzində bir çox ölkələrlə qarşılıqlı səmərəli əməkdaşlıq qurulmuşdur. Heydər Əliyevin balanslaşdırılmış xarici siyasəti sayəsində Azərbaycan dünyanın siyasi xəritəsində geostrateji mövqeyini möhkəmləndirmiş, Ulu Öndərin çoxsaylı xarici səfərləri, ikitərəfli beynəlxalq səviyyədə imzalanmış mühüm saziş sənədlər, beynəlxalq regional təşkilatlarla aparılan məqsədyönlü ölkəmizin inkişafının sürətləndirilməsinə mühüm töhfə vermişdir. Heydər Əliyevin təşəbbüsü ilə Birləşmiş Millətlər Təşkilatının qurumları, Avropa İttifaqı, İqtisadi Əməkdaşlıq Təşkilatı, Avropa Şurası digər beynəlxalq təşkilatlarla səmərəli əməkdaşlıq yaradılmışdı.

Ümummilli Lider Heydər Əliyevin xalqımız dövlətimiz qarşısındakı misilsiz xidmətlərindən biri uğurlu dövlət quruculuğu prosesinin aparılmasıdır. Bu sıraya siyasi mədəniyyətin əsasının qoyulması, davamlı siyasi-hüquqi islahatların həyata keçirilməsi, həmçinin milli həmrəylik bütövlüyü təmin edən ideologiyanın yaradılması aid edilə bilər. Eyni zamanda həmin dövrdə hüquqi dövlət vətəndaş cəmiyyəti quruculuğu istiqamətində reallaşdırılan tədbirlərin əhəmiyyətini xüsusi vurğulamaq lazımdır.

Bu mənada, Ulu Öndər Heydər Əliyev müdrikcəsinə demişdir: "Müstəqil Azərbaycan Respublikasının qarşısında duran əsas vəzifələrdən biri respublikanın dövlət quruculuğunu təşkil etməkdir. Bizim yolumuz aydındır, bunu dəfələrlə bəyan etmişik. Yolumuz demokratiya yoludur. Müstəqil Azərbaycanda demokratik, hüquqi dövlət qurulmalıdır. Azərbaycan dövləti demokratik prinsiplər əsasında fəaliyyət göstərməlidir, öz tarixi ənənələrindən, milli ənənələrindən bəhrələnərək, dünya demokratiyasından, ümumbəşəri dəyərlərdən səmərəli istifadə edərək demokratik dövlət quruculuğu yolu ilə getməlidir. Bizim yolumuz bu yoldur mən sizə bir daha söz verirəm ki, biz məhz bu yolla gedəcəyik".

Ulu Öndərin hakimiyyətdə olduğu 1993-2003- illər ərzində ictimai həyatın bütün sahələrini  əhatə edənhüquqi cəhətdən mükəmməl, dünya standartlarını milli özəllikləri nəzərə alan qanunların hazırlanmasına ciddi diqqət yetirilmişdir. Bu gün müstəqil Azərbaycan dövlətində təhlükəsiz firavan şəraitdə yaşadığımıza görə məhz Ümummilli Lider Heydər Əliyevə borcluyuq. Bir sözlə, müstəqil Azərbaycanın dövlətçilik tarixinin ən parlaq səhifəsi Ulu Öndər Heydər Əliyev tərəfindən yazılmışdır.

Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi Azərbaycanın inkişaf yolunda əmin addımlarla irəliləməsini təmin edib. Bu gün Azərbaycan beynəlxalq müstəvidə güclü nüfuzlu dövlət, ictimai-siyasi sabitliyin davamlı inkişafın təmin olunduğu ölkə kimi tanınır. Bunlarla yanaşı, həyata keçirilən çoxvektorlu xarici siyasətin məntiqi nəticəsi kimi, Azərbaycanın beynəlxalq mövqeyi davamlı olaraq möhkəmlənib. Ölkəmizin təşəbbüsü liderliyi ilə çox mühüm transmilli layihələr reallaşdırılıb, respublikamız ikitərəfli, çoxtərəfli əlaqələrini uğurla inkişaf etdirir. Hazırda regional güc mərkəzi olan, bölgədə sabitləşdirici aktor kimi çıxış edən Azərbaycan müasir beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaş kimi tanınır dünyada böyük etimad qazanıb. Ölkəmiz xarici siyasətində milli maraqlar beynəlxalq hüquq normaları ilə yanaşı, sülh, sabitlik, inkişaf, qarşılıqlı faydalı əməkdaşlıq kimi meyarları da əsas götürür, beynəlxalq münasibətlər sisteminə yeni daha mütərəqqi dəyərlər təqdim edir. Bütövlükdə, dünyada böyük etimad qazanan Azərbaycanın strateji əməkdaşlıq əlaqələri güclənir, dostlarının tərəfdaşlarının sayı artır.

Ümummilli Lider Heydər Əliyevin zəngin dövlətçilik irsi dərindən öyrənilir, geniş təbliğ olunur. Xüsusilə Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun bu prosesdə müstəsna rolunu xüsusi vurğulamaq gərəkdir.

Ulu Öndərin zəngin mənəvi irsini, azərbaycançılıq ideyasını gənc nəsillərə aşılamaq, müstəqil Azərbaycanın daha da çiçəklənməsində yaxından iştirak etmək, insanlara daim kömək əli uzatmaq, xeyirxah işlər görmək Heydər Əliyev Fondunun onun prezidenti Mehriban Əliyevanın fəaliyyətinin əsas qayəsini təşkil edir. Fondun fəaliyyəti Ümummilli Liderimizin ideyalarına əsaslanır, Azərbaycanın inkişafına, milli məqsədlərin həyata keçirilməsinə müstəsna töhfələr verir.

Natiq QULUZADƏ,

YAP Zəngilan rayon təşkilatının sədri.