Dövlət xadimi, maarifçi, publisist Nəsib bəy Yusifbəyli
Tarixi şəxsiyyətlər

Dövlət xadimi, maarifçi, publisist Nəsib bəy Yusifbəyli

31 may tarixi görkəmli dövlət xadimi, maarifçi, publisist Nəsib bəy Yusifbəylinin anım günüdür. Nəsib bəy Yusifbəyli Azərbaycanın görkəmli dövlət siyasi xadimi, Azərbaycan Cümhuriyyətinin qurucularından  hökumət başçılarından biri idi.

Nəsib bəy Yusif oğlu Yusifbəyli (Usubbəyov) 5 iyul 1881-ci ildə Gəncədə ziyalı ailəsində doğulmuşdur. Orta təhsilini Gəncə gimnaziyasında almış, 1902-ci ildə Novorossiysk (Odessa) Universitetinin hüquq fakültəsinə daxil olmuş, ancaq bitirməmişdir. 1905-1907-ci illərdə Rusiyada inqilabi əhvali-ruhiyyə səbəbindən bu universitet müvəqqəti bağlanmışdı. 1907-ci ildə N.Yusifbəyli Krıma köçür, "Tərcüman" qəzeti ilə əməkdaşlıq edir. Özü baş rolda oynamaqla Azərbaycan dramaturqlarının əsərlərini burada səhnəyə qoyur. 1908-ci ildə İstanbula köçərək publisistik fəaliyyətlə bərabər, "Türk dərnəyi" cəmiyyətinin təşkili ilə məşğul olur. 1911-ci ildə N.Yusifbəyli Gəncəyə qayıdaraq "Molla Nəsrəddin" jurnalı "Tərcüman" qəzetinə məqalələr göndərir, "Müsəlman xeyriyyə cəmiyyəti", "Müsəlmanların maariflənməsi cəmiyyəti", "Aktyorlar cəmiyyəti"nin fəaliyyətlərində iştirak edir.

1917-ci ildə N.Y.Yusifbəyli öz həmfikirlərilə Gəncədə "Milli federalistlərin Türk partiyasını" yaradır. Partiyanın əsas tələbi Rusiyanın milli ərazi muxtariyyətləri əsasında təşkili idi. 1917-ci ilin iyulunda bu partiya M. Ə.Rəsulzadənin başçılığı ilə "Müsəlman demokratik müsavat partiyası" ilə birləşərək "Müsavat" adlandırılmağa başladı. M.Ə.Rəsulzadə partiyanın mərkəzi komitəsinin sədri seçildi. Gəncədə partiyanın rəhbəri N.Yusifbəyli oldu. 1917-ci ildə Rusiyada bolşeviklər hakimiyyətə gəldikdən sonra partiya öz nizamnaməsində dəyişiklik edərək Azərbaycanın tam müstəqilliyini tələb etməyə başladı. N.Yusifbəyli Zaqafqaziya seyminin üzvü, Zaqafqaziya federativ hökumətində - maarif naziri, ADR hökumətində 28 may 1918-ci ildən 1919-cu ilin martına kimi maarif naziri, 1919-cu ilin martından 1920-ci ilin martına kimi Azərbaycan hökumətinin sədri olmuşdur.

N.Yusifbəyli Azərbaycan Cümhuriyyəti "İstiqlal Bəyannamə"sini imzalayanlardan müstəqilliyin lehinə səs verən 24 Milli Şura üzvündən biri olub. Azərbaycan Cümhuriyyəti qurulduqdan sonra Fətəli xan Xoyskinin təşkil etdiyi 1-ci hökumət kabinetində N.Yusifbəyli maliyyə xalq maarifi naziri vəzifəsini, Xoyskinin 2-ci 3- hökumət kabinetlərində xalq maarifi dini etiqad naziri vəzifələrini tutmuşdu. Xalq Maarifi Nazirliyinin həyata keçirdiyi ilk tədbirlərdən biri Azərbaycan dilinin dövlət dili elan edilməsi olub. Bu vəzifəni həyata keçirmək üçün isə təhsil sistemini milli zəmin üzərində tamamilə yenidən qurmaq Azərbaycan dilini mükəmməl bilən ixtisaslı milli kadrlar yetişdirmək tələb olunurdu. Məhz buna görə, N.Yusifbəylinin təqdimatı ilə hökumət 1918-ci il avqustun 28- Azərbaycan məktəblərinin milliləşdirilməsi haqqında qərar qəbul etmişdi. Xalq Maarifi Nazirliyinin səyləri nəticəsində artıq 1919-cu ilin əvvəllərində Azərbaycanda dövlət hesabına 637 ibtidai 23 orta ixtisas təhsili məktəbi fəaliyyət göstərmişdi. Parlamentdə daxili xarici siyasət haqqında hökumət proqramı ilə çıxış edən Nəsib bəy Yusifbəyli bildirmişdi: "Hökumətin xarici siyasət sahəsində başlıca məqsəd vəzifəsi böyük dövlətlərin Azərbaycanın istiqlaliyyətinin tanınmasına nail olmaq, ölkənin ərazi bütövlüyünü qoruyub saxlamaq, daxili siyasət sahəsində isə iqtisadiyyatı dirçəltmək, əhalinin sosial rifahını yaxşılaşdırmaq, demokratik azadlıqları, o cümlədən söz, mətbuat, yığıncaq s. azadlıqları təmin etməkdir".

1919-cu ildə 4- hökumət kabinetinin təşkili Yusifbəyliyə tapşırılmış aprelin 14- elan olunan tərkibdə o, baş nazir vəzifəsindən əlavə, daxili işlər naziri vəzifəsini tutmuşdu. N.Yusifbəylinin 1919-cu ilin dekabrında təşkil etdiyi ikinci hökumət kabineti 1920-ci ilin martına kimi fəaliyyət göstərib. Bu zaman Parlamentdə çox mühüm məsələlər müzakirə edilmiş, qanunlar qəbul olunmuşdur. Yusifbəyli hökumətinin qəbul etdiyi son qərarlardan biri hərbi ordenlərin, milli himnin, dövlət gerbi möhürü layihələrinin hazırlanması haqqında 1920-ci il 30 yanvar tarixli qərar olmuşdur. Azərbaycan Cümhuriyyəti Hökuməti öz planlarını axıra qədər həyata keçirə bilmədi. Diplomatik əlaqə yaratmaq haqqında Azərbaycan hökumətinin bütün təkliflərini cavabsız qoyan sovet Rusiyası tərəfindən təhlükənin artdığı işğal üçün zəmin hazırlayan daxili qüvvələrin fəallaşdığı şəraitdə Yusifbəylinin başçılıq etdiyi 2-ci hökumət 1920-ci il martın 30-da istefa verməyə məcbur oldu. 1920-ci il aprelin sonlarında sovet Rusiyasının beynəlxalq hüquq normalarını kobudcasına tapdalayan hərbi müdaxiləsi nəticəsində XI qızıl ordu hissələri Azərbaycan Cümhuriyyətini devirdi ərazisi işğal olundu. Bakının XI qızıl ordu tərəfindən işğalından sonra təqibdən yaxa qurtarmaq məqsədilə şəhəri tərk edən Yusifbəyli yolda - Kürdəmir yaxınlığındakı stansiyada faciəli surətdə qətlə yetirildi.

Mustafa KAMAL,

"Respublika".