Dövlət Sosial Müdafiə Fondu yeni imkanlara malik olacaq
Sosial həyat

Dövlət Sosial Müdafiə Fondu yeni imkanlara malik olacaq

İnvestisiya gəlirlərindən əldə olunan vəsait sosial müdafiə, habelə şəhid ailələri müharibə ilə  əlaqədar əlilliyi olan şəxslərin sosial müdafiəsi, işğaldan azad edilmiş ərazilərimizdə sosial infrastrukturun yaradılması işlərinə yönəldiləcək.

Prezident İlham Əliyev tərəfindən bu gün "Sosial sığorta haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Qanun "Dövlət sosial müdafiə fondunun sərbəst vəsaitinin investisiyaya yönəldilməsi investisiya gəlirlərindən istifadə edilməsi Qaydası"nın təsdiq edilməsi haqqında" Fərman imzalanıb. Bu barədə nazirliyin ictimaiyyətlə əlaqələr kommunikasiya şöbəsindən verilən məlumata görə, yeni qanunla Əmək Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu (DSMF) sərbəst vəsaitlərini investisiyaya yönəldilməsi imkanına malik olacaq. Bununla əlaqədar Qanuna sərbəst vəsait investisiya gəliri anlayışları da əlavə olunub. Sərbəst vəsait dedikdə, DSMF büdcəsinin icrasının yarımillik illik nəticələrinə görə gəlir xərclər arasında müəyyən edilən müsbət qalıq, investisiya gəliri dedikdə isə investisiya fəaliyyətinin həyata keçirilməsi nəticəsində əldə olunan vəsait ilə həmin vəsaitin əldə edilməsinə çəkilən xərc arasındakı fərq nəzərdə tutulur.

İnvestisiyaya yönəldilən sərbəst vəsait, investisiya gəlirləri onun istifadə olunmamış qalığı Mərkəzi Bankda açılmış hesaba toplanacaq uçotu ayrıca aparılacaq. Qaydada sərbəst vəsaitin banklarda depozitə qoyulma şərtləri qeyd olunur. Bu şərtlərə görə, bir banka qoyulan depozitin məbləği həmin bankın xalis aktivinin 10 faizindən çox olmamalı, banklarda depozitə yerləşdirilən investisiyanın ümumi məbləği investisiya portfelinin 5 faizi həcmindən çox olmamalıdır. Həmçinin banklara depozitə yerləşdirilən investisiyalar üzrə faiz dərəcələri fond birjasında bağlanan sonuncu əqd üzrə həmin müddətə yerləşdirilən dövlət istiqrazlarının gəlirlilik dərəcəsindən aşağı olmamalıdır.

Sərbəst vəsait isə aktivlərinin həcminə görə ilk beşlikdə yer alan banklarda Fondun sərbəst vəsaiti hesabına əvvəllər yerləşdirilmiş bank depozitləri üzrə son beş ildə gecikmiş öhdəliyi olmayan banklarda depozitə qoyulur.

M.KAMAL,

"Respublika".