“Dövlət müəssisəsinin səhmdar cəmiyyətinə çevrilməsinin qaydaları haqqında Əsasnamə”nin təsdiq edilməsi haqqında”, “Maliyyə-sənaye qrupları haqqında” və “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2022-ci il 5 noyabr tarixli 621-VIQD nömrəli Qanununun tətbiqi və Azərbaycan Respublikası Prezidentinin “Maliyyə-sənaye qrupları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 1996-cı il 14 sentyabr tarixl
Fərman

“Dövlət müəssisəsinin səhmdar cəmiyyətinə çevrilməsinin qaydaları haqqında Əsasnamə”nin təsdiq edilməsi haqqında”, “Maliyyə-sənaye qrupları haqqında” və “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2022-ci il 5 noyabr tarixli 621-VIQD nömrəli Qanununun tətbiqi və Azərbaycan Respublikası Prezidentinin “Maliyyə-sənaye qrupları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 1996-cı il 14 sentyabr tarixl

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Dövlət müəssisəsinin səhmdar cəmiyyətinə çevrilməsinin qaydaları haqqında Əsasnamə”nin təsdiq edilməsi haqqında”, “Maliyyə-sənaye qrupları haqqında” və “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2022-ci il 5 noyabr tarixli 621-VIQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədilə qərara alıram:

1. Müəyyən edilsin ki, “Maliyyə-sənaye qrupları haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin 3-cü hissəsinin beşinci abzasında və 5-ci hissəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi həyata keçirir;

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti “Dövlət müəssisəsinin səhmdar cəmiyyətinə çevrilməsinin qaydaları haqqında Əsasnamə”nin təsdiq edilməsi haqqında”, “Maliyyə-sənaye qrupları haqqında” və “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2022-ci il 5 noyabr tarixli 621-VIQD nömrəli Qanunundan irəli gələn məsələləri həll etsin.

3. “Maliyyə-sənaye qrupları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1996-cı il 14 sentyabr tarixli 490 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997, № 2, maddə 102; 2001, № 10, maddə 640; 2003, № 10, maddə 565; 2007, № 12, maddə 1246; 2014, № 5, maddə 477; 2016, № 8, maddə 1384) 2-ci hissəsi aşağıdakı redaksiyada verilsin:

“2. Müəyyən edilsin ki:

2.1. “Maliyyə-sənaye qrupları haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinin 1-ci hissəsinin üçüncü abzasında, 8-ci və 14-cü maddələrinin 2-ci hissələrində, 16-cı maddəsinin 1-ci hissəsində (ikinci halda), 17-ci maddəsinin 3-cü hissəsinin dördüncü abzasında (ikinci halda) və 4-cü hissəsində (ikinci halda) nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir;

2.2. həmin Qanunun 16-cı maddəsinin 1-ci hissəsində (birinci halda), 17-ci maddəsinin 1-ci və 2-ci hissələrində, 3-cü hissəsinin birinci abzasının birinci və ikinci cümlələrində, dördüncü abzasında (birinci halda) və 4-cü hissəsində (birinci halda) nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi həyata keçirir;

2.3. həmin Qanunun 8-ci maddəsinin 1-ci hissəsində, 9-cu maddəsinin 2-ci hissəsində və 3-cü hissəsinin birinci abzasında nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Dövlət Vergi Xidməti qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi həyata keçirir;

2.4. həmin Qanunun 9-cu maddəsinin 3-cü hissəsinin beşinci abzasında və 5-ci hissəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi həyata keçirir.”.

4. "Dövlət müəssisəsinin səhmdar cəmiyyətinə çevrilməsinin qaydaları haqqında Əsasnamənin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 1996-cı il 17 dekabr tarixli 522 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997, № 4, maddə 273; 2000, № 12, maddə 844; 2001, № 10, maddə 640; 2004, № 7, maddə 526; 2006, № 7, maddə 590; 2007, № 12, maddə 1246; 2010, № 7, maddə 610; Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 7 fevral tarixli 550 nömrəli Fərmanı) 1-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin:

4.1. ikinci abzasda “yarımbəndində” sözü “bəndində” sözü ilə əvəz edilsin;

4.2. üçüncü – beşinci abzaslar aşağıdakı redaksiyada verilsin:

“müvafiq Qanunla təsdiq edilmiş Əsasnamənin 3-cü hissəsində və 7.8-ci bəndinin birinci abzasında nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi həyata keçirirlər;

müvafiq Qanunla təsdiq edilmiş Əsasnamənin 4-cü hissəsində və 7.11-ci bəndində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi həyata keçirir;

müvafiq Qanunla təsdiq edilmiş Əsasnamənin 5-ci və 9-cu hissələrində, 7.2-ci bəndində, 7.7-ci bəndinin birinci və ikinci abzaslarında, 7.8-ci bəndinin ikinci və üçüncü abzaslarında nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Əmlak Məsələləri Dövlət Xidməti qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi həyata keçirir.

5. “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 12 mart tarixli 116 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 3, maddə 168; 2001, № 10, maddə 640, № 12, maddə 755; 2003, № 10, maddə 577; 2005, № 11, maddə 1016; 2006, № 7, maddə 590; 2007, № 11, maddə 1110; 2010, № 7, maddə 610; 2014, № 11, maddə 1418; 2016, № 2 (II kitab), maddə 254, № 11, maddə 1818; 2018, № 6, maddə 1228; 2020, № 4, maddə 416) 2-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin:

5.1. 2.3-cü və 2.7-ci bəndlərdə “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi” sözləri “Əmlak Məsələləri Dövlət Xidməti qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi” sözləri ilə əvəz edilsin;

5.2. aşağıdakı məzmunda 2.3-1-ci bənd əlavə edilsin:

“2.3-1. həmin Qanunun 10-cu maddəsinin altıncı hissəsinin ikinci cümləsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Əmlak Məsələləri Dövlət Xidməti qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi həyata keçirir;”;

5.3. 2.4-cü bənddə “dövlət müəssisə, idarə və təşkilatlarının” sözləri “dövlətə məxsus olan hüquqi şəxslərin” sözləri ilə, “Əmlak Məsələləri Dövlət Komitəsi” sözləri “Əmlak Məsələləri Dövlət Xidməti qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi” sözləri ilə əvəz edilsin;

5.4. 2.5-ci bənd aşağıdakı redaksiyada verilsin:

“2.5. həmin Qanunun 14-cü maddəsinin doqquzuncu abzasında nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini dövlətə məxsus olan hüquqi şəxslərin istifadəsindəki torpaqlar və ya dövlət obyektlərinin tikintisi layihələşdirilmiş, özəlləşdirilmiş, habelə üzərində hüquqi və fiziki şəxslərin inşa etdikləri müəssisə və obyektlərin yerləşdiyi dövlətə məxsus torpaqlara münasibətdə Əmlak Məsələləri Dövlət Xidməti qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, dövlət mülkiyyətində olan digər torpaqlara münasibətdə isə Dövlət Vergi Xidməti qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi həyata keçirir;”.

 İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti.

Bakı şəhəri, 28 dekabr 2022-ci il