Dövlət Komitəsində Türkiyədən gələn həkimlərlə görüş olub
Digər xəbərlər

Dövlət Komitəsində Türkiyədən gələn həkimlərlə görüş olub

Qaçqınların Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev ölkəmizə gələn Türkiyə Milliyyətçi Həkimlər Birliyinin nümayəndə heyəti ilə görüşüb.

Komitənin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, görüşdə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun torpaqlarımızı Ermənistanın işğalından azad etməsi nəticəsində yüz minlərlə həmvətənimizin yurd həsrətinə son qoyulduğu, böyük qayıdışa hazırlıq görüldüyü bildirilib, 44 günlük Vətən müharibəsində ölkəmizə xalqımıza göstərdiyi mənəvi-siyasi dəstəyə görə qardaş Türkiyəyə minnətdarlıq ifadə edilib. Qeyd olunub ki, ölkəmizdə qaçqınlara məcburi köçkünlərə dövlət tərəfindən daim diqqət qayğı göstərilir. Onların problemlərinin həllinə Birinci vitse-prezident Mehriban xanım Əliyeva xüsusi həssaslıqla yanaşır. Diqqətə çatdırılıb ki, məcburi köçkünlərin mütləq əksəriyyəti tezliklə doğma yurdlarına qayıtmaq arzusundadır. Beynəlxalq normalara uyğun olaraq, qayıdışın könüllülük prinsipi əsasında, təhlükəsiz şəraitdə ləyaqətlə həyata keçirilməsi üçün Azərbaycan dövləti bütün zəruri tədbirləri görür.

Türkiyə Milliyətçi Həkimlər Birliyinin sədri Semih Uşaklioğlu səmimi söhbətə görə təşəkkür edib. Bildirib ki, Azərbaycana səfərinin əsas məqsədi şəhid ailələrini ziyarət, qaziləri müayinə etməkdən ibarətdir. Səfər iyulun 24-dək davam edəcək.

Xatırladaq ki, Türkiyə Milliyətçi Həkimlər Birliyi artıq 3 ildir Ağdam, Tərtər, Bərdə rayonlarında Bakı şəhərində qurbanlar kəsib şəhid ailələrinə, məcburi köçkünlərə, müharibə əlillərinə, veteranlara aztəminatlı ailələrə paylayır. Birlik Vətən müharibəsi zamanı pandemiya dönəmində TƏBİB vasitəsilə tibbi ləvazimatlar göndərib, eləcə qurumun üzvü olan həkimlərdən bir neçəsi yaralıları müayinə müalicə etmək məqsədilə qardaş Azərbaycana səfər edib.

Söhbət zamanı qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb, qonaqları maraqlandıran suallar cavablandırılıb.

Görüşdə ölkəmizdə fəaliyyət göstərən Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri Emin Həsənli iştirak edib.

AZƏRTAC