Dövlət idarəçiliyində təcrübəsi olmayanların hakimiyyətə gəlməsi ölkəni məhvə doğru aparırdı
Siyasət

Dövlət idarəçiliyində təcrübəsi olmayanların hakimiyyətə gəlməsi ölkəni məhvə doğru aparırdı

1993- il may ayının 25- Prezident Aparatında hüquq-mühafizə orqanları rəhbərlərinin iştirakı ilə müşavirə keçirilmişdir

Ötən əsrin 80-ci illərinin axırı, 90- illərin əvvəli ölkəmizdə vəziyyət son dərəcə ağır idi. Azərbaycan xalqı tarixinin ən çətin dövrünü yaşayırdı. Ermənistanla müharibədə ağır məğlubiyyət respublikada vəziyyəti daha da gərginləşdirmişdi. Ermənilər torpaqlarımızı, şəhər kəndlərimizi işğal edir, qətl qarətlər törədirdilər. Öz içimizdə olan xəyanətkarlar isə yüksək vəzifələr ələ keçirmək, varlanmaq xatirinə düşmən dəyirmanına su tökür, ölkədə sabitliyin yaranmasına mane olurdular.

Radikal müxalif dairələr xaricdəki ağalarına xidmət etmək üçün bir-biri ilə bəhsə girmişdilər. Satqınlıq, xəyanət adi hal almışdı. Şəhər rayonlarda silahlı dəstələr hökmranlıq edirdilər. Çirkin yollarla qazanc əldə edənlərin sayı gündən-günə artırdı. Xalq qorxu vahimə içərisində yaşayırdı. 1991-ci ildə Azərbaycan müstəqilliyini elan etsə , o dövrdə hakimiyyətə gələnlərin səriştəsizliyi ucbatından 70 il sonra bir daha əldə olunmuş müstəqilliyi möhkəmləndirmək, dövlətin dayaqlarını gücləndirmək mümkün olmamışdı. Azərbaycan erməni faşizminin hücumuna məruz qalmış, nəticədə ərazilərimizin 20 faizi işğal olunmuşdu. Ölkə daxilindəki gərgin qeyri-stabil vəziyyətdən istifadə edən Ermənistan ordusu hücum əməliyyatlarını genişləndirir, daha çox ərazini zəbt etməyə çalışırdı. Nizami ordunun vahid hərbi komandanlığın yoxluğu fonunda faşist xislətli ermənilərin hücumlarının qarşısını almaq mümkünsüz hala gəlmişdi. Bu isə ölkədə onsuz da gərgin olan vəziyyəti bir qədər gərginləşdirir, xalqla dövlət arasındakı uçurumu daha da dərinləşdirirdi.

Çox mürəkkəb bir mərhələdə - 1992-ci ildə hakimiyyəti qeyri-qanuni yolla zəbt etmiş AXC-Müsavat cütlüyünün yarıtmaz fəaliyyəti nəticəsində Azərbaycan yenicə qazandığı müstəqilliyini itirmək təhlükəsi ilə üzləşmişdi. Sovet hökumətinin buxovlarından azad olan respublikada yaranmış vəziyyətdən bir qrup müxalif qüvvə sui-istifadə edərək hakimiyyət uğrunda mübarizə aparır, öz şəxsi mənafeləri üçün xalqı qardaş qırğınına vadar edirdi. Səriştəsiz, siyasi savadı, dövlət idarəçiliyində təcrübəsi olmayan insanların hakimiyyətə gəlməsi respublikanı məhvə doğru aparırdı.

O vaxt parlamentin sədri kimi məsuliyyətli bir vəzifəni ələ keçirmiş İsa Qəmbər, baş nazir postunu zəbt etmiş Pənah Hüseynov, dövlət katibi Əli Kərimov, müdafiə naziri Rəhim Qazıyev, daxili işlər naziri İsgəndər Həmidov b. kimi xalqın müqəddəratını deyil, yalnız öz şəxsi mənafeyini güdən qüvvələr xalqın qanına susamışdılar. Onlar respublikanın var-dövlətini tar-mar edərək  quldurluq əməlləri ilə, qeyri-qanuni yollarla pul yığmaqla məşğul idilər. AXC-Müsavat cütlüyü hakimiyyətə gəlməkdən ötrü hətta vətən torpaqlarını belə satmışdılar. Belə ki, 1992-ci il may ayının 8- Şuşa ermənilər tərəfindən işğal olunduqdan sonra Laçının ətrafında yerləşən rayon yaşayış məntəqələrini düşmən öz əlinə keçirdi. Laçın rayon mərkəzi erməni silahlı qüvvələri tərəfindən intensiv olaraq ağır artilleriya silahlarından atəşə tutuldu. Şuşadan 10 gün sonra, may ayının 18- isə Qarabağın, bütünlükdə isə Azərbaycanın mühüm hərbi-strateji əhəmiyyətə malik olan Laçın rayonu düşmənə təslim edildi. Ovaxtkı iqtidar 1993- ilin aprelində  Kəlbəcəri düşmənə verdi. Mərkəzi hakimiyyətə satqınlıq edərək yerli hakimiyyəti ələ keçirən müxalifətçilər bir tərəfdən Vətən torpaqlarının düşmən əlinə keçməsinə rəvac verir, digər tərəfdən xalqın sərvətlərini çapıb-talayırdılar. Varlanmaq hərisi olan AXC-Müsavat cütlüyü neftdən gələn gəlirlərlə ordunu möhkəmləndirmək, xalqın həyat şəraitini yüksəltmək, yenicə müstəqilliyini bərpa etmiş bir respublikada problemləri həll etmək əvəzinə, öz şəxsi mənafelərini güdür, ölkənin pullarını xarici ölkələrdəki hesablarına köçürürdülər. AXC-Müsavat iqtidarının cəmi bir illik hakimiyyəti dövründə  torpaqlarımız düşmən tərəfindən zəbt olundu, silah gücünə ələ keçirdikləri hakimiyyəti əllərində saxlamaq üçün qardaş qırğını, vətəndaş müharibəsinə zəmin yaratdılar.

Respublikada xaos, anarxiya, o cümlədən korrupsiya halları tüğyan edirdi. 1993- ilin may ayının 25- Prezident Aparatında hüquq-mühafizə orqanları rəhbərlərinin iştirakı ilə müşavirə keçirilmişdi. Stenoqramlara əsasən bildirilir ki, müşavirədə baş prokuror, ədliyyə daxili işlər nazirləri, eləcə dövlət katibi Azərbaycanda baş alıb gedən korrupsiya hallarından, dövlət aparatının iflic vəziyyətinə düşməsindən, hakimiyyətdə oturanların cinayətkar əməllərindən bəhs etmişdilər. AXC-Müsavat iqtidarının hakimiyyəti idarə edə bilməməsi bütün sahələrdə açıq-aşkar özünü göstərirdi. Belə ki, dövlət katibinin, baş prokurorun, ədliyyə nazirinin, gömrük komitəsi sədrinin, ali məhkəmə sədrinin, bir sözlə AXC-Müsavat hakimiyyətinin respublikanı mafioz qüvvələrin idarə etdiyini, rüşvətxorluğun son həddə çatdığını etiraf etməsi bir daha göstərirdi ki, korrupsiyaya qarşı mübarizəyə ilk olaraq elə hakimiyyətin özündən başlamaq lazımdır. Bütün respublikanı bürüyən rüşvətxorluq hallarından danışan Əbülfəz Elçibəy ovaxtkı Dövlət Gömrük Komitəsinin sədri İbrahim Vəliyevin çıxışına müdaxilə edərək demişdir: "...mən sizə indi faktları deyəcəyəm. Birisi benzin məsələsidir. Benzin məsələsinin bir hissəsi gömrüklə bağlıdır. Onun bir hissəsini Balakən istiqamətində başqa istiqamətlərdə polisin nümayəndələrinin iştirakı əli ilə mafioz qruplar Gəncədən başlamış yola sala-sala aparıb çıxarırlar ta Gürcüstana qədər. Bu açılmır. Bunlar bizim hamımıza aiddir. Ona görə deyirəm ki, hamı məsuliyyət daşımalıdır hər şey üzə çıxmalıdır. Siz deyirsiniz, cinayət polisin üstündədir, polis deyir, prokurorun üstündədir, prokuror qaldırmadı, mən tutmadım. Prokuror deyir ki, məhkəməyə verdim, məhkəmə buraxdı. Bu meydan, bu da şeytan. Hamımız buradayıq. Görək kimdir axı bunun günahkarı yiyəsi...".

Dövlət katibi Əli Kərimov hakimiyyətin həll edə bilmədiyi problemlər arasında iqtisadi sahədə olan cinayətkarlığı xüsusi olaraq qeyd edirdi. "Xalqın böyük narazılığına səbəb olan bir qüsurumuz da iqtisadi sahədə cinayətkarlığın baş alıb getməsidir. İqtisadi sahədə cinayətkarlıq elə bir vüsət alıb ki, dövlət əmlakının açıq-aşkar mənimsənilməsi, qeyri-qanuni yollarla xaricə satılması, həmin vəsaitin xaricdə saxlanması bir sözlə, dövlət əmlakının talan edilməsi adicə hala çevrilib. Biz bunu etiraf etməliyik. On milyonlarla dollar (mən hələ ən azını deyirəm - Ə.K) hələ xaricdə, ayrı-ayrı adamların hesabında saxlanılır biz yaddan çıxarmamalıyıq ki, bu, dövlət əmlakıdır dövlət əmlakının mühafizəsi bizə tapşırılıb. Ona görə bilavasitə bu dövlət əmlakının dağılmasında məsul şəxslər kimi özümüzü mənən iştirakçı saymalıyıq".

Bütün bunlar o illərdə xalqı acınacaqlı duruma salan, torpaqlarını düşmənə satan, təbii sərvətlərini talan edən AXC-Müsavat iqtidarının əsl mahiyyətini göstərirdi. Süquta məhkum olan iqtidar dövlət qarşısında xəyanətini, səriştəsizliyini etiraf edirdi. Ölkə başçısının demokratiyanın anarxiya halını aldığını deməsi isə onun öz səlahiyyətlərini yerinə yetirə bilməməsinin sübutu idi. Bu etirafdan bir ay sonra Xalq Cəbhəsi-Müsavat xəyanətkarları öz əməllərinin qarşısını almaqda aciz qalaraq xalqın xilaskarı ulu öndəri respublikaya hakimiyyətə dəvət etdilər.

Azərbaycan üçün çox mürəkkəb olan bu mərhələdə Heydər Əliyevin misilsiz liderlik təcrübəsi onun yenidən hakimiyyətə gəlməsi zərurətini yaratmışdı. Belə ki, 1993- ilin may-iyun aylarında dövlət böhranının, hakimiyyətsizliyin, xaosun son həddə çatması ilə ölkədə vətəndaş müharibəsi müstəqilliyin itirilməsi təhlükəsi yarandıqda, xalq təkidlə Heydər Əliyevin hakimiyyətə gətirilməsi tələbi ilə ayağa qalxdı. Dünyaşöhrətli dahi şəxsiyyət, görkəmli dövlət xadimi Heydər Əliyevin xalqın çağırışı ilə yenidən respublika rəhbərliyinə qayıdışı Azərbaycanın bir dövlət kimi dünyanın siyasi xəritəsindən silinməsinə aparan təhlükəli proseslərin, vətəndaş qarşıdurmasının, xaos anarxiyanın, cəmiyyətdə artan iqtisadi, siyasi mənəvi-psixoloji gərginliyin qarşısını aldı. Xalqın mənafeyinin qorunmasına yönəlmiş islahatlara başlandı. Müstəqil Azərbaycan dövlətinin beynəlxalq aləmdə yeri, beynəlxalq təşkilatlarla əlaqələri müəyyənləşdirildi. Ölkənin ümummilli mənafelərini müdafiə etmək, bütün sahələrdə inkişafa nail olmaq, xalqın, dövlətin təhlükəsizliyini təmin etmək ən vacib məsələ olaraq qarşıya qoyuldu bu siyasət ulu öndərin Azərbaycana rəhbərliyinin son gününə qədər məqsədyönlü, düşünülmüş şəkildə həyata keçirildi.

Mehparə ƏLİYEVA,

"Respublika".