Dövlət Gömrük Komitəsi  2021-ci  ilin yanvar-iyul aylarında
İQTİSADİYYAT

Dövlət Gömrük Komitəsi  2021-ci  ilin yanvar-iyul aylarında

Azərbaycan xarici ölkələrlə 17,691 milyard ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb.

Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 17,7 faiz çoxdur.

Ötən 7 ayda xarici ticarət dövriyyəsinin 11,393 milyard ABŞ dolları ixracın, 6,298 milyard ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 24,8 faiz, idxal isə 6,7 faiz artıb.

Son nəticədə xarici ticarətdə 5,095 milyard ABŞ dollarlıq müsbət saldo yaranıb. Bu, illik müqayisədə 57,7 faiz çoxdur.

                                                          ***

Azərbaycanın ən çox məhsul ixrac etdiyi İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələri sırasında ilk üçlükdə Türkiyə, Tunis və İndoneziya qərarlaşıb. Türkiyəyə ixrac 1 milyard 539,6 milyon ABŞ dolları, Tunisə 330,5 milyon dollar, İndoneziyaya isə 81,3 milyon dollardır.

Keçən ilin müvafiq dövrünə nisbətən Türkiyə ilə ixracın dəyərində azalma, Tunis və İndoneziya ilə artım müşahidə olunub.

                      ***        

Azərbaycandan qeyri-neft məhsullarının ən çox ixrac olunduğu ölkələrin sırasında Rusiya, Türkiyə, İsveçrə, Gürcüstan və ABŞ qərarlaşıb.

Yeddi ayda Rusiyaya 467,8 milyon ABŞ dolları, Türkiyəyə 359,3 milyon dollar, İsveçrəyə 129,5 milyon dollar, Gürcüstana 94 milyon dollar, ABŞ-a isə 33,6 milyon dollar dəyərində qeyri-neft məhsulları ixrac olunub.

                      ***

Azərbaycan ümumi dəyəri 4 milyon 827  min ABŞ dolları dəyərində 637 ton çay ixrac edib.

Ötən ilin analoji dövrü ilə müqayisədə cari ilin ilk yeddi ayında Azərbaycandan ixrac edilən çayın dəyəri 12.6 faiz, həcmi isə 21,1 faiz azalıb.

Çayın ümumi ixracdakı payı cəmi 0,04 %, qeyri-neft məhsullarının ixracında olan çəkisi isə 0,36 faizə bərabər olub.

Bununla yanaşı, Azərbaycana ümumi dəyəri 36 milyon 947 min dollar dəyərində 8 min 732 ton çay idxal olunub. İllik müqayisədə çay idxalının dəyəri 8,4 faiz, həcmi isə 3,9 faiz artıb.

Hesabat dövründə çayın ümumi idxaldakı payı 0.59 faiz təşkil edib.

                       ***

Ölkəyə ət idxalı ötən ilin ilk 7 ayı ilə müqayisədə 2021-ci ilin ilk 7 ayında miqdar ifadəsilə 23 faiz, dəyər ifadəsilə 26 faiz azalıb.

2020-ci ilin ilk 7 ayında Azərbaycana 51 milyon 281 min dollar dəyərində 28 min 676 ton ət idxal edilmişdi.

                   ***

2021-ci ilin ilk 7 ayında Azərbaycandan 42 milyon 286 min dollar dəyərində 7 min 98 ton fındıq ixrac edilib.

Fındıq ixracı 2020-ci ilin ilk 7 ayı ilə müqayisədə dəyər ifadəsilə 27 faiz, miqdar ifadəsilə 25 faiz azalıb.

2020-ci ilin ilk 7 ayında Azərbaycandan 57 milyon 877 min dollar dəyərində 9 min 398 ton fındıq ixrac edilmişdi.

                   ***

2021-ci ilin ilk 7 ayında (yanvar-iyul) Azərbaycandan 39 milyon 851 min dollar dəyərində 119 min 40 ton kartof ixrac olunub. 

Hesabat dövründə kartof ixracı Azərbaycanın ümumi ixracının 0,35 faizini təşkil edib.

Bəybala  BƏYBALAYEV,

”Respublika “.