Dövlət Avtomobil Nəqliyyatı Xidməti yeni avtobus marşrutları ilə bağlı müsabiqə elan edir
Reklam və elanlar

Dövlət Avtomobil Nəqliyyatı Xidməti yeni avtobus marşrutları ilə bağlı müsabiqə elan edir

"Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 3 aprel tarixli 52 nömrəli Qərar"ına uyğun olaraq, Bakı-Şuşa, Bakı-Quzanlı-Ağdam, Əhmədbəyli (Zəfər yolu 0-cı km)-Füzuli-Şuşa, Şuşa-Füzuli Beynəlxalq Hava Limanı istiqamətlərində şəhərlərarası müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır.

Müsabiqə üçün ərizələr aşağıdakı ünvanda qəbul edilir:     

Lot 1, Lot 2, Lot 3, Lot 4, üzrə müsabiqə:

10 yanvar 2022-ci il saat 14:00-da Bakı şəhəri, Tarzən Hacı Məmmədov

küçəsi, 5, Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin inzibati binasında keçirilir

27 dekabr 2021-ci il saat 17:00-dək  Bakı şəhəri, Tarzən Hacı Məmmədov  küçəsi, 5, Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin inzibati binası     

Müsabiqə "Avtomobil nəqliyyatı haqqında" Azərbaycan Respublikası Qanununa, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 3 aprel tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş "Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə sərnişin daşımalarına daşıyıcıların cəlb olunmasına dair müsabiqənin keçirilməsi Qaydası"na uyğun keçiriləcəkdir.

İddiaçılar müsabiqədə iştirak etmək üçün göstərilən sənədləri 27 dekabr 2021-ci il saat 17:00 tarixədək, müsabiqə təklifləri zərfini isə 06 yanvar 2022-ci il saat 17:00 tarixədək Bakı şəhəri, Tarzən Hacı Məmmədov küçəsi, 5 ünvanında yerləşən Dövlət Avtomobil Nəqliyyatı Xidmətinə təqdim etməlidirlər. Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır. İddiaçıların təklifləri Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin inzibati binasında Lot 1, Lot 2, Lot 3, Lot 4 üzrə 10 yanvar 2022-ci il tarixdə müsabiqə keçirilən zaman müsabiqə komissiyası tərəfindən açılacaqdır. İddiaçılar və onların müvafiq qaydada rəsmiləşdirilmiş sənədlə müvəkkil etdiyi səlahiyyətli nümayəndələri komissiyanın iclasında iştirak edə bilərlər.

Müsabiqədə iştirak etmək üçün aşağıdakı sənədlər təqdim edilməlidir:

1. Müəyyən olunmuş formada yazılı ərizə;

2. Fərdi sahibkarlar üçün şəxsiyyət vəsiqəsinin, hüquqi şəxslər üçün dövlət reyestrindən çıxarış;

3. İddiaçının vergi ödəyicisi kimi uçota alınmasını təsdiq edən sənədin surəti;

4. İddiaçının Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq arayış;

5. Müsabiqə sənədləri paketinin tələb edilməsinə çəkilən xərclərin əvəzi olaraq haqqın ödənilməsinə dair bank sənədi.

Müsabiqə sənədləri paketinin tələb edilməsinə çəkilən xərclərin əvəzi olaraq (tenderdə iştirak üçün) haqqın ödənilməsi - 50 manat.

Bankın adı: Dövlət Xəzinədarlığı Agentliyi

Kodu: 210005

VÖEN: 1401555071

Müxbir hesab:          AZ41NABZ01360100000000003944

S.W.I.F.T: CTREAZ-22

Dövlət Avtomobil Nəqliyyatı Xidməti

Hesab nömrəsi: AZ17CTRE00000000000002777701          

VÖEN: 1501956531

Büdcə səviyyəsinin kodu - 7

Büdcə təsnifatının kodu - 142230

Müsabiqədə iştirak etmək istəyənlər Dövlət Avtomobil Nəqliyyatı Xidmətinə müraciət edə bilər. Bakı şəhəri, Tarzən Hacı Məmmədov küçəsi, 5 (əlaqələndirici şəxslər - Ramil Musayev, Nazim İsmayılov, tel: (012) 566-48-31, 514-27-51; e-mail: [email protected]; [email protected]).