Dostu sevindirən, düşməni məyus edən tarixi qələbə
Türk dünyası

Dostu sevindirən, düşməni məyus edən tarixi qələbə

Mayın 14- keçirilən seçkinin nəticələrinə əsasən Türkiyənin Prezidenti müəyyənləşməsə , xalq mayın 28- öz liderini seçməyə müvəffəq oldu. Rəcəb Tayyib Ərdoğan 52,18 faiz səs toplayaraq Türkiyənin 13- Prezidenti seçildi. Türkiyədəki seçki ölkəmizdə diqqətlə izlənilirdi. Prezident İlham Əliyev Azərbaycan xalqı bu qələbəyə inanırdı. Rəcəb Tayyib Ərdoğanı növbəti dəfə prezident seçilməsi münasibətilə ilk təbrik edən məhz Prezident İlham Əliyev oldu. Telefon danışığı zamanı dövlətimizin başçısı taleyüklü həmkarını ilk işgüzar səfərini həyata keçirmək üçün Azərbaycana dəvət etdi. Çünki Rəcəb Tayyib Ərdoğan hər zaman Azərbaycanla dostluq qardaşlıq münasibətlərinin möhkəmlənməsinə böyük önəm verib. Prezidentlərin apardıqları düzgün siyasət nəticəsində iki ölkə arasında dostluq qardaşlıq daha da möhkəmlənib. Yüksək səviyyəli əməkdaşlıq əsasında qurulan əlaqələrin möhkəmləndirilməsi üçün çoxşaxəli tədbirlər həyata keçirilib.

Qarşılıqlı səfərlər əməkdaşlığın inkişafında əhəmiyyətli rol oynayır. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft qaz kəmərləri, Bakı-Tbilisi-Qars dəmir yolu xətti, TANAP TAP kimi böyük layihələr Azərbaycan Türkiyənin dünyada söz sahibi olmasına imkan yaradıb. 2021-ci il iyunun 15- Şuşada Azərbaycan Türkiyə arasında müttəfiqlik münasibətləri haqqında Bəyannamənin imzalanması isə bu qardaşlığı daha da gücləndirib. Artıq bütün dünya görür ki, Türkiyə Azərbaycanın yanındadır, ölkələrimiz arasında qarşılıqlı münasibətlər günü-gündən inkişaf edir. Bir sözlə, qardaş ölkələrin münasibətləri tarixin ən yüksək zirvəsindədir.

Türkiyədə keçirilən prezident seçkiləri dünyanın siyasi arenasında da önəmli sayılan diqqətlə izlənilən hadisələr arasında yer aldı. Rəcəb Tayyib Ərdoğanın yenidən prezident seçilməsindən sonra dünya liderləri təbriklərini çatdırdılar. ABŞ Prezidenti Co Bayden, Rusiya Prezidenti Vladimir Putin, Britaniyanın baş naziri Rişi Sunak, Fransa Prezidenti Emmanuel Makron, Almaniya kansleri Olaf Şolts, Belarus Prezidenti Aleksandr Lukaşenko, İran Prezidenti İbrahim Rəisi, Ukraynanın dövlət başçısı Volodimir Zelenski Ərdoğanı təbrik edən liderlər sırasında yer aldılar.

Türkiyədəki prezident seçkilərini yaxından izləyən dünyanın bir çox kütləvi informasiya vasitələri Rəcəb Tayyib Ərdoğanın qələbəsini müxtəlif başlıqlarla işıqlandırdı. CNN Ərdoğanın qələbəsinin Türkiyədə gecə saatlarına qədər coşqu ilə qeyd olunmasına diqqət çəkib. Politico nəşri isə "Türkiyənin Ərdoğanı yenidən qalib gəldi" başlıqlı xəbərində "Ərdoğan daha beşillik fəaliyyətində regionda ondan kənarda siyasətin formalaşmasında güclü təsirə malik olacaq", - deyə yazıb. BBC telekanalı "Ərdoğan bir daha sübut etdi ki, onunla yarışmaq asan deyil" başlığı ilə material yayıb.

Builki seçkinin xronikası isə olduqca maraqlı həyəcanverici idi. Belə ki, 2023- ildə Türkiyədə 4 fərqli alyans öz namizədini səsverməyə çıxardı. 2018-ci ildə Ədalət İnkişaf Partiyası Milliyyətçi Hərəkat Partiyası arasında qurulan Cümhur İttifaqının vahid namizədi hazırkı prezident, Ədalət İnkişaf Partiyasının lideri Rəcəb Tayyib Ərdoğan oldu. Cümhuriyyət Xalq Partiyası, İYİ Partiya Demokrat Partiyası tərəfindən qurulan, Səadət, DEVA Gələcək Partiyalarının üzv olması ilə 6- masaya çevrilən Millət İttifaqı isə martın 2- vahid namizədlərini müyyən etmək üçün sonuncu toplantılarını etdilər. İclasda 5 partiya Kılıçdaroğlunun namizədliyini dəstəkləsə , İyi Partiyanın sədri Meral Akşener ittifaqı sərt şəkildə tənqid edərək tərk etdiyini açıqladı. Akşener seçki anketlərinə əsasən Əkrəm İmamoğlu Mansur Yavaşla müqayisədə Kılıçdaroğlunun Ərdoğana qarşı qalib gəlmə ehtimalının az olduğunu bildirərək onları namizəd olmağa çağırdı. Bu çağırışdan sonra Əkrəm İmamoğlu Mansur Yavaş da daxil olmaqla, 5 müxalif bələdiyyə sədri Kamal Kılıçdaroğlu ilə görüşdü. Görüşdən sonra Akşenerin çağırışı İmamoğlu Yavaş tərəfindən rədd edildi. Üç gün sonra isə İYİ Partiya yenidən 6- masaya qoşuldu. Həngaməli prosesdən sonra nəhayət 6 mart 2023- ildə Millət İttifaqı Kamal Kılıçdaroğlunun prezidentliyə namizədliyini açıqladı. 2018-ci ildə Cümhuriyyət Xalq Partiyasının prezidentliyə namizədi Məhərrəm İncə bu seçkidə 100 min imza şərtini ödəyərək prezidentliyə namizədliyini irəli sürə bildi. Ancaq İncənin namizədliyi sonacan davam etmədi. O, mayın 11- namizədlikdən çəkildiyini açıqladı.

Builki seçkinin əsas sürprizi olan ATA ittifaqının namizədi Sinan Oğanın əldə etdiyi göstərici gözlənilməz oldu. O, topladığı 5,15% səslə seçkinin gedişini dəyişdi, seçkinin 2-ci tura qalmasının səbəbkarı oldu. Bundan sonra isə əsas məsələ Sinan Oğanın 2-ci turda kimi dəstəkləyəcəyi idi. Mayın 19-da Oğanın Ərdoğanla görüşü gerçəkləşdi. 22 may tarixində isə ATA İttifaqının namizədi ikinci turda Rəcəb Tayyib Ərdoğanı dəstəkləcəyini açıqladı. Bundan sonra sözügedən alyans da dağıldı. Çünki ittifaqın digər üzvü Ümit Özdağ Kılıçdaroğlunu dəstəkləyəcəyini elan etdi.

Müxtəlif siyasətçilər qruplaşmalardan 2-ci tur üçün dəstək alan Rəcəb Tayyib Ərdoğan Kamal Kılıçdaroğlu isə 14 gün ərzində yenidən xalqı özlərinə inandırmağa çalışdılar. Ərdoğan ikinci turda öz sloqanında korrektə edərək "Doğru addımlarla yola davam" şüarından istifadə etdi. Müxalifətin namizədinə gəlincə, o da iqtidarın addımına cavab olaraq şüarını "Türkiyə üçün qərar ver"dən "Vətənini sevən sandığa gəlsin" əvəz etdi. Müxalifətin namizədi məhz bu şüarla birinci turda səsvermədə iştirak etməyənləri seçkiyə dəvət etdi. Çünki Millət İttifaqının namizədi ilk turda ona səs verən şəxslərin seçkiyə qatılmama riski olduğunu görürdü. Ən mühüm məqamlardan biri isə Kılıçdaroğlunun ikinci tur öncəsindəki kampaniya zamanı imicinə dəyişiklik etməsi idi. Belə ki, əgər birinci turda müxalifət namizədinin daha çox birləşdirici güc səbirli sima obrazı yaradılırdısa, ikinci turda daha çox sərt lider obrazına üstünlük verildi. Eyni zamanda, Kılıçdaroğlu budəfəki kampaniyası zamanı daha çox millətçi şüarlara yer verməyə çalışaraq üzərində olan HDP ya kürd terrorçuları ilə əlaqəsinə dair ittihamlardan xilas olmağa çalışdı. Amma sözsüz ki, ikinci turdakı ən yaxşı seçki kampaniyası Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən aparıldı. Cümhur İttifaqının namizədi ilk mərhələdə az səs topladığı bölgələrə səfər edərək xalqı özünə səs verməyə çağırdı.

Bölgələrdən söz düşmüşkən, adətən Türkiyədəki seçkilərin nəticələrinin müəyyənləşməsində bir neçə şəhər xüsusi rol oynayır. Çünki ölkədə sosial, mədəni, iqtisadi siyasi amillərə görə əhali müəyyən bölgələrdə daha çox cəmləşib. Bu şəhərlər seçici sıxlığına görə səsvermələrdə partiyaların prezidentliyə namizədlərin işində həlledici rola sahibdir. Bunlardan birincisi sözsüz ki, Türkiyənin siyasi quruluşunu təmsil edən İstanbuldur. İstanbul bütünlükdə Anadolunun mozaikası kimi önə çıxır. Ona görə bu şəhəri qazanan siyasi güc mahiyyətcə Türkiyədəki seçkilərdən qalib çıxmış hesab olunur. Bu baxımdan, paytaxt Ankara mədəniyyətin, eləcə turizmin diyarı İzmir önəmlidir. Onları Bursa, Antalya, Adana, Kocaeli, Mersin Hatay izləyir. Bu 9 şəhərdən olan seçicilər ölkədə ümumi səs verənlərin 47,46 faizini təşkil edir. Bir növ səs vermək hüququna malik olanların təxminən yarısı bu şəhərlərdə məskunlaşır. Odur ki, sözügedən bölgələrdə təxminən 53-55 faiz səs toplayan namizəd Türkiyənin ümumi ortalamasını keçərək qalib gəlir. Burada prezidentliyə namizədlər arasında səs fərqi az olduğu halda ümumi nəticələrin müəyyənləşməsində Konya, Kayseri, Manisa, Antep, Aydın, Diyarbəkir, Urfa Mardin kimi böyük şəhər statusuna malik olan ərazilər həlledici rol oynayır. Bu məqamda, namizədlərlə mənəvi bağlılığı olan şəhərləri qeyd etmək lazımdır. Məsələn, Kılıçdaroğlunun məmləkəti olan Tuncelidə toplanacaq səslər az-çox bəllidir. Ərdoğanın diyarı hesab olunan Rizədən isə hər zaman onun xeyrinə səslər qeydə alınır.

Ümumi tendensiya bundan ibarətdir ki, Millət İttifaqının namizədi Egey cənub-şərqi Anadolu bölgələrində daha çox səs toplayıb. Rəcəb Tayyib Ərdoğanın isə İç Anadoluda daha çox dəstəkçisi olub. Onun səslərinin ən yüksək nisbəti Karadeniz bölgəsində qeydə alınıb. İlk turda Ərdoğan 78,7 faizlə Bayburtda ən yüksək səs toplamağa nail olub. Bayburtu 74,4 faizlə Gümüşhane, 72,8 faizlə Rizə izləyib. Yozqat, Çankırı, Kahramanmaraş Aksaray da hazırkı prezidentin 70 faizdən çox səs topladığı digər şəhərlərdir.

Bu il dağıdıcı zəlzələdən əziyyət çəkən Aralıq dənizi hövzəsində yaşayan türklərin kimi seçəcəyi olduqca maraqlı idi. Statistikalar göstərir ki, təbii fəlakətin yaşandığı şəhərlərin əksəriyyətində Ərdoğan xeyli irəlidə olub. Zəlzələnin episentri olan Kahramanmaraşda Cümhur İttifaqının namizədi 71,9 faiz səs toplaya bilib. Amma ümumilikdə, Aralıq hövzəsində səslər bərabər paylanıb deyə bilərik. Burdur, Isparta, Osmaniyədə Ərdoğan, Adana, Antalya, Mersin, Hatayda isə Kılıçdaroğlu liderlik edib. Kamal Kılıçdaroğlunun 80 faizlə ən çox səs topladığı şəhər isə Şərqi Anadolu bölgəsində yerləşən Tunceli olub. O, Şırnak, Hakkari Diyarbəkirdə 70 faizlik, Ədirnə, İzmir Muğlada 60 faizlik baryeri keçə bilib. Marmarada da namizədlərin topladığı səslər arasında ciddi fərqlərin olmadığı müşahidə olunub. Belə ki, Bilecik, Bursa, Kocaeli, Sakaryada Ərdoğan, İstanbul, Çanakkale, Edirnedə isə Kılıçdaroğlu cüzi fərqlə yarışı öndə bitirib. İkinci turda yekun nəticə ortaya çıxanda isə Türkiyənin seçki xəritəsinin demək olar ki, dəyişməz qaldığının şahidi olduq.

Yəni xalq illərdir olduğu kimi, səsverməyə gedərək ən çox etibar etdiyi namizədi yenidən qalib etdi. 14 may seçkilərinin yekunları 21 ildir hakimiyyətdə olmasına baxmayaraq, xalqın böyük əksəriyyətinin Ərdoğana etimad göstərdiyini təsdiqlədi. Bəziləri bu seçkilərdə onun erasının "bitəcəyini" düşünürdü. Ancaq seçkilər sübut etdi ki, o, hələ Türkiyə dövləti üçün lider olmağa qadirdir.

Türkiyə 2 mərhələdə yekunlaşan seçki ilə həm dünyaya demokratiya dərsi verdi. Qardaş ölkə regionda dünyada baş verən mürəkkəb hadisələr fonunda demokratik seçkilər keçirməklə bu dəyərlər sisteminə, Mustafa Kamal Atatürkün "Respublika rejimi dedikdə demokratik sistemə malik dövlət forması nəzərdə tutulur" deyiminə sadiqliyini bir daha ortaya qoydu. Seçicilərin milli iradəsini sərbəst şəkildə ifadə etməsi beynəlxalq müstəvidə bəzi anti-Türkiyə dairələrin pis niyyətini puça çıxardı, türkofoblara, islamafoblara möhtəşəm cavab oldu. İstənilən halda bu uzun məşəqqətli prosesdə qalib gələn Türkiyə demokratiyadır.

Bununla da 100 yaşlı Cümhuriyyət başda türklərin deyimi ilə desək, "can Azərbaycan" olmaqla, dostlarını sevindirdi, düşmənlərini isə hələ bundan sonra da məyus etməyə davam edəcək.

Jalə QASIMZADƏ,

"Respublika".