Sosial həyat

"DOST Mediasiya Məkanı" fəaliyyətə başlayıb

Yeni açılmış 5 saylı Bakı DOST Mərkəzində "DOST Mediasiya Məkanı" fəaliyyətə başlayıb. Bununla əlaqədar Mərkəzdə mediasiya üçün ayrılmış məkanla tanışlıq və məlumatlandırma görüşü təşkil olunub. Görüşdə Mediasiya Şurasının və media nümayəndələrinə mediasiya proseduru barədə ətraflı məlumat verilib.

Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ictimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən verilən məlumata görə, əmək mübahisələri üzrə müraciətlərin qəbul olunması, mediasiya sessiyalarının aparılması prosesləri izah olunub. Daha sonra Mediasiya Şurası ilə birlikdə keçirilən funksional təlimləri uğurla başa vuran əməkdaşlara sertifikatlar təqdim edilib. Qeyd olunub ki, mediasiya mübahisələrin məhkəmədən kənar həlli üsuludur. Tərəflər arasında yaranmış mübahisələr mediatorun vasitəçiliyi ilə qarşılıqlı razılıq əsasında, qanunla müəyyən edilmiş qaydada həll olunur. Tərəflər məhkəmə prosesi olmadan mübahisələrin həllinə nail ola bilirlər. Xidmətlər DOST Agentliyi ilə Mediasiya Şurası arasında imzalanmış əməkdaşlıq sənədinə uyğun olaraq həyata keçirilir.

"Respublika".