“DOST İş Mərkəzi” Hərbi Qənimətlər Parkında 40 nəfəri işlə təmin edib
Sosial həyat

“DOST İş Mərkəzi” Hərbi Qənimətlər Parkında 40 nəfəri işlə təmin edib

Möhtəşəm Zəfərimizlə başa çatan 44 günlük Vətən  müharibəsi zamanı müzəffər Azərbaycan Ordusunun işğalçı Ermənistanı döyüş meydanında məğlub etməsi nəticəsində düşməndən ələ keçirdiyi hərbi qənimətlərin bir qismi Bakı şəhəri, Xətai rayonunun ərazisində açıq səma altında salınmış Hərbi Qənimətlər Parkında nümayiş etdirilir. 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki “DOST İş Mərkəzi” tərəfindən icra olunan ödənişli ictimai işlər proqramı Hərbi Qənimətlər Parkını da əhatə edir. Nazirliyin ictimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən bu barədə verilən məlumatda qeyd olunur ki, parkın sanitar-gigiyenik qaydalara uyğun qorunub saxlanılması, park ərazisində cari abadlıq işlərinin mütəmadi yerinə yetirilməsi məqsədilə “DOST İş Mərkəzi”  tərəfindən  40 nəfər  işlə təmin edilib. Onların hər biri ilə Mərkəz arasında əmək müqaviləsi bağlanıb. Bu da onların əmək hüquqlarının təminatı üçün vacib olmaqla, sosial sığorta sistemi ilə əhatə olunmalarına, gələcək sosial müdafiə hüquqlarının formalaşmasına əsas yaradır.

Ümumilikdə “İşsizin dostu” proqramı çərçivəsində hazırda 56 min şəxs ödənişli ictimai işlərdə çalışır.

Mustafa KAMAL,

“Respublika”.