“Dini ekstremizmə qarşı mübarizə haqqında”, “Lisenziyalar və icazələr haqqında”, “Hərbi vəziyyət haqqında”, “Bələdiyyə üzvlərinin etik davranış qaydaları haqqında”, “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında”, “Məşğulluq haqqında”, “Hesablama Palatası haqqında”, “Uşaqların zərərli informasiyadan qorunması haqqında”, “Psixoloji yardım haqqında”, “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” və “Turizm haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik
Qanun

“Dini ekstremizmə qarşı mübarizə haqqında”, “Lisenziyalar və icazələr haqqında”, “Hərbi vəziyyət haqqında”, “Bələdiyyə üzvlərinin etik davranış qaydaları haqqında”, “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında”, “Məşğulluq haqqında”, “Hesablama Palatası haqqında”, “Uşaqların zərərli informasiyadan qorunması haqqında”, “Psixoloji yardım haqqında”, “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” və “Turizm haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci, 8-ci, 11-ci, 15-ci, 16-cı və 20-ci bəndlərini rəhbər tutaraq, “Media haqqında” Azərbaycan Respublikasının 2021-ci il 30 dekabr tarixli 471-VIQ nömrəli Qanununun icrası ilə əlaqədar qərara alır:

Maddə 1. “Dini ekstremizmə qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015, № 12, maddə 1441) 9-cu maddəsində aşağıdakı dəyişikliklər edilsin:

1.1. 9.1-ci maddədə “kütləvi informasiya vasitələri işçilərinin” sözləri “media sahəsində çalışan işçilərin” sözləri ilə əvəz edilsin;

1.2. 9.4-cü maddədə “Kütləvi informasiya vasitələrinin işçiləri” sözləri “Media sahəsində çalışan işçilər” sözləri ilə əvəz edilsin.

Maddə 2. “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 4, maddə 632, № 12, maddələr 2017, 2036; 2017, № 4, maddə 520, № 5, maddə 743; 2018, № 6, maddə 1187; 2019, № 1, maddə 28, № 5, maddə 797, № 6, maddə 986, № 8, maddə 1360, № 11, maddə 1692, № 12, maddə 1903; 2020, № 6, maddə 662; 2021, № 6 (I kitab), maddə 551, № 7, maddə 701, № 12, maddələr 1315, 1329, 1339; 2022, № 5, maddə 426; Azərbaycan Respublikasının 2022-ci il 20 dekabr tarixli 716-VIQD və 27 dekabr tarixli 770-VIQD nömrəli qanunları) 3 nömrəli əlavə - “Sahibkarlıq fəaliyyətinə verilən icazələrin siyahısı”nın 38-ci maddəsi ləğv edilsin.

Maddə 3. “Hərbi vəziyyət haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 4, maddə 517) 1.0.3-cü, 10.1.22 – 10.1.24-cü maddələrində “kütləvi informasiya vasitələrinin” sözləri “media subyektlərinin” sözləri ilə əvəz edilsin.

Maddə 4. “Bələdiyyə üzvlərinin etik davranış qaydaları haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 6, maddə 1050) 16.2.2-ci maddəsində “kütləvi informasiya vasitələrində” sözləri “mediada” sözü ilə əvəz edilsin.

Maddə 5. “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 7 (I kitab), maddə 1397; 2019, № 6, maddə 991, № 12, maddə 1917; 2020, № 5, maddə 511) 4.10-cu maddəsinin ikinci cümləsində və 12.1.4-cü maddəsində “kütləvi informasiya vasitələri” sözləri “media” sözü ilə əvəz edilsin.

Maddə 6. “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 8, maddə 1669; 2019, № 1, maddə 35, № 3, maddə 381, № 12, maddə 1892; 2020, № 1, maddə 1, № 5, maddə 521, № 7, maddə 831, № 9, maddə 1136; 2021, № 2, maddə 113, № 7, maddələr 700, 708, № 8, maddə 895; 2022, № 1, maddə 10) 9.1.2-ci maddəsində “kütləvi informasiya vasitələrində” sözləri “mediada” sözü ilə əvəz edilsin.

Maddə 7. “Hesablama Palatası haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 9, maddə 1820; 2019, № 1, maddə 42, № 4, maddə 591, № 7, maddə 1179; 2022, № 7, maddə 715; Azərbaycan Respublikasının 2022-ci il 29 noyabr tarixli 655-VIQD nömrəli Qanunu) 37.2-ci maddəsində “kütləvi informasiya vasitələrinə” sözləri “media subyektlərinə” sözləri ilə əvəz edilsin.

Maddə 8. “Uşaqların zərərli informasiyadan qorunması haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 11, maddə 2220; 2020, № 6, maddə 670; 2022, № 8, maddə 831) aşağıdakı dəyişikliklər edilsin:

8.1. 1.0.2-ci maddədə “kütləvi informasiya vasitələri” sözləri “media” sözü ilə əvəz edilsin;

8.2. 7.3.3-cü maddə aşağıdakı redaksiyada verilsin:

“7.3.3. canlı yayımla efirə gedən informasiya və əyləncə xarakterli televiziya proqramları;”;

8.3. 9-cu maddə üzrə:

8.3.1. adında və 9.1-ci maddədə “Teleradio” sözü “Televiziya və radio” sözləri ilə əvəz edilsin;

8.3.2. 9.3-cü maddədə “teleradio” sözü “televiziya və radio” sözləri ilə əvəz edilsin;

8.4. 11.3-cü maddədə “teleradio proqramlarında və verilişlərində” sözləri “televiziya və radio proqramlarında” sözləri ilə əvəz edilsin;

8.5. 14.2-ci maddədə “teleradio” sözü “televiziya və radio” sözləri ilə əvəz edilsin.

Maddə 9. “Psixoloji yardım haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, № 1, maddə 7; 2021, № 6 (I kitab), maddə 548) 10.4-cü maddəsinin ikinci cümləsində “kütləvi informasiya vasitələrində” sözləri “mediada” sözü ilə əvəz edilsin.

Maddə 10. “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021, № 8, maddə 901; 2022, № 7, maddə 695) 18.1.4-cü maddəsində “kütləvi informasiya vasitələrində” sözləri “mediada” sözü ilə əvəz edilsin.

Maddə 11. “Turizm haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022, № 2, maddə 88) 12-ci maddəsində “kütləvi informasiya vasitələrində” sözləri “mediada” sözü ilə əvəz edilsin.

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti.

Bakı şəhəri, 17 fevral 2023-cü il