DİN:  Bir qrup şəxsin Fəvvarələr meydanında icazəsiz aksiya keçirmək cəhdinin qarşısı alınıb
Digər xəbərlər

DİN:  Bir qrup şəxsin Fəvvarələr meydanında icazəsiz aksiya keçirmək cəhdinin qarşısı alınıb

Dekabrın 1-də saat 15 radələrində bir qrup şəxs ölkədə tətbiq edilmiş xüsusi karantin rejimi qaydalarını kobud şəkildə pozaraq Səbail rayonu ərazisindəki Fəvvarələr meydanında icra hakimiyyəti orqanları ilə razılaşdırılmamış aksiya keçirməyə cəhd göstərib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, cəhdin qarşısı polis əməkdaşları tərəfindən qətiyyətlə alınıb.

Qanunsuz aksiyanın təşkilatçıları, eləcə də polis əməkdaşlarına müqavimət göstərməyə cəhd edən bir neçə nəfər saxlanılıb, digərləri isə ərazidən uzaqlaşdırılıblar.

Saxlanılan şəxslərin hərəkətinə hüquqi qiymət verilməsi üçün müvafiq araşdırmalar aparılır.

AZƏRTAC