Diaspor gənci: Qarabağın, Şuşanın tarixi barədə məlumatları yaşadığım ölkədə digərləri ilə bölüşəcəyəm
MÜSAHİBƏLƏR

Diaspor gənci: Qarabağın, Şuşanın tarixi barədə məlumatları yaşadığım ölkədə digərləri ilə bölüşəcəyəm

Mən Şimali İrlandiyadan gəlmişəm. Düşərgə bizim üçün çox faydalıdır. Avqustun 8-dək buradayıq. Azərbaycan dilində olan bütün proqramlarda iştirak edəcəyik. Bizə Azərbaycanımızın tarixi barədə hər şeyi ətraflı öyrədəcəklər.

Bunu avqustun 2-də Şuşada açılışı olan Diaspor Gənclərinin III Yay Düşərgəsinin iştirakçısı Əyyub Ağazadə AZƏRTAC-a açıqlamasında deyib.

"Bizə Qarabağın, Şuşanın tarixindən danışacaqlar. Biz yaşadığımız ölkəyə qayıtdıqdan sonra bu məlumatları digərləri ilə bölüşəcəyik", - deyə gənc soydaşımız vurğulayıb.

AZƏRTAC