Dəyişməyən qərəzli mövqe
Digər xəbərlər

Dəyişməyən qərəzli mövqe

Biz İranı daim özümüzə ən yaxın qonşu, dost qardaş ölkə bilmişik. Heç bir zaman İrana qarşı kinimiz, yad münasibətimiz olmayıb. Belə ki, bu ölkədə 40 milyona yaxın soydaşımız yaşayır yurdlarında Azərbaycan tarixini, mədəniyyətini yaşadırlar.

Hələ sovetlər dönəmində azərbaycanlıların ən böyük həsrət sərhədi İran idi. Bu taydan o taya, o taydan da bu yana dikilən nəmli gözlər tikanlı məftilləri lənətləyirdi. Bu həsrət, hicran o dövrün sərt rejimi altında susaraq, Arazın lal sularında axıb gedirdi. Beləcə, həsrətini dilə gətirənlərin bir ünvanı vardı - Araz. Dərdlərini, qüssələrini Araz çayına kövrək hisslərlə söylərdilər.

Arazı ayırdılar, qum ilə doyurdular.

Mən səndən ayrılmazdım, zülm ilə ayırdılar.

Zaman keçdi, sovetlər birliyi dağıldı, onun sərt, təhlükəli rejimi . Azərbaycan müstəqil oldu. Daha aramızda həsrət, hicran qalmadı. Arazın üzərində sevgi körpüləri salındı. Tikanlı məftillər həsrətli doğmaları bir-birinə bağlayan bağ oldu. Amma təəssüflər ki, Azərbaycanın müstəqilliyini, dirçəlişini yüksəlişini istəməyən dövlətlər çox oldu. Birbaşa müdaxilə edə bilməsələr , Ermənistan kimi əlaltı dövlətlərin vasitəsilə ölkə daxilində çaxnaşma yaratmağa çalışdılar. Havadarları sayəsində Ermənistan 20 faiz torpağımızı işğal etdi. Bir milyon vətəndaşımız məcburi köçkün düşdü. Ölkədə bir xaos, böhran yaşandı. Ölkə rəhbərlərinin səriştəsizliyi ucbatından dövlətçiliyimiz zəiflədi, amma məğlub olmadı. Toparlandı, gücləndi. Ərazi bütövlüyünü bərpa etdi. Əlbəttə ki, bütün bunlar asanlıqla başa gəlmədi. Uzun illərin səbri, iradəsi sayəsində oldu. Bütün zamanlarda da biz yalnız bir düşməni tanıdıq. O da Ermənistan. İkinci bir qonşu dövlət niyə bizə düşmən kəsilsin ki? Özü din bir müsəlman dövləti.

Son dövrlərdə baş verən hadisələr fonunda qonşu İranın da bizə qarşı xəyanətinin şahidi olduq. Axı, Azərbaycanın ərazi bütövlüyündə İranı narahat edən nədir? Sual anlaşılan olduğu qədər qəlizdi. İkinci Qarabağ müharibəsindəki qələbəmizdən sonra bir çox müsəlman dövlətləri bizim haqq savaşımızı dəstəklədi, alqışladı. İran isə Ermənistana gizli yollarla silah ötürərək, ona arxa çıxdı. Sual olunur, dünyada sülhü, barışığı təbliğ edən Azərbaycana qarşı İran niyə qərəzli mövqe sərgiləyir? Hətta, ölkəsində olan səfirlik binamıza silahlı hücum edir. Qarşısına çıxanı atəşə tutur. Nəticədə, bir azərbaycanlı həlak olur, ikisi isə yaralanır. Azərbaycan baş verənlərə etiraz etdikdə isə hadisənin ailə-məişət zəminində baş verdiyini bildirirlər. Bunun da işə yaramadığını görəndə, cinayətkara dəli adı qoyurlar.

Azərbaycana qarşı qərəzli mövqeyi ilə qınanan İran sonda başqa yollara əl atdı. Azərbaycanda hansı terror hadisəsi, narkotik qaçaqmalçılığı alqı-satqısı zərərsizləşdirilirsə, sonu İranda tamamlanır. Yaxın günlərdə Milli Məclisin deputatı Fazil Mustafaya qarşı silahlı hücum hadisəsi baş verdi. Gecə vaxtı baş verən hadisənin qaranlığında yenə İran görsəndi. Aydın şəkildə bu gün İran Azərbaycana qarşı terror siyasəti aparır. Millət vəkili Fazil Mustafaya olunan silahlı hücum bunun tərkib hissəsidir. Anlaşılan odur ki, aramızda gizlin şəkildə fəaliyyət göstərən İran terror şəbəkəsi var. bu şəbəkənin məhz İran xüsusi xidmət orqanlarına SEPAH-a bağlı olduğu bildirilir. Əlbəttə, burada şübhəli məqamlar çoxdur. Məsələn, hadisə baş verən günün səhəri Azərbaycanın İsraildə səfirliyi açıldı. Yəni bu da İranın qısqanclığına səbəb olan amillərdəndir. Həmin gün həm Azərbaycanda xüsusi xidmət orqanlarının yaradılmasının 104- ildönümü idi. Əslində, ölkədə baş verən terror hadisələrinin açılmasında xüsusi xidmət orqanlarının rolu böyükdür. Onların gərgin əməyi nəticəsində ölkədə əmin-amanlıq sabitlik qorunur. Bu isə İran digər terrora meyilli ölkələrin ürəyincə deyil.

Ramidə YAQUBQIZI,

"Respublika".