Dəyərli maddi-mədəniyyət nümunələrinin qorunduğu məkan
Mədəniyyət

Dəyərli maddi-mədəniyyət nümunələrinin qorunduğu məkan

18 MAY Beynəlxalq Muzeylər Günüdür

Texnologiyanın həyatımızda çox böyük yer tutduğu bir dövrdə asudə vaxtlarımızı necə keçirməklə bağlı çox zaman qərarsız qalırıq. Çoxumuza elə gəlir ki, əlimizdəki telefonları kənara qoysaq, sosiallaşa əylənə bilməyəcəyik. Əlbəttə ki, bu fikir tamamilə yanlışdır. Hətta deyə bilərik ki, smartfonların kəşf edilmədiyi dövrlərdə insanlar asudə zamanlarını daha məhsuldar keçirirdilər. Valideynlərim hər zaman uşaqlıqlarından söhbət açanda tez-tez kinoya getdiklərini, xüsusilə hind kinolarını səbirsizliklə gözlədiklərini, dəbdəbəli restoranlar yerinə muzeylərə getdiklərini, bununla da daha çox məlumat əldə etdiklərini deyirlər.

Həqiqətən muzeyləri ziyarət etmək müxtəlif dövrlərə, fərqli aləmlərə səyahət etmək deməkdir. Muzey, həm milli mədəniyyət nümunələrinin qorunduğu məkandır. Məhz bu səbəbdən , hansısa xarici ölkəyə üz tutanda ilk növbədə həmin  ərazidə yerləşən məşhur muzeylərə ziyarət tövsiyə olunur. Elə muzeylər var ki, insanlar məhz həmin kompozisiyaları görmək üçün kilometrlərlə uzaq ölkələrə yola düşürlər.

Dünyaca məşhur muzeylərdən biri Fransanın Paris şəhərində yerləşən Luvr muzeyidir. 300 mindən çox əsərin yer aldığı muzeydə antik Misir, yunan, ərəb mədəniyyətlərindən tutmuş Leonardo da Vinçi, Mikelancelo, Rembrandt kimi məşhur rəssamların əsərlərinə rast gəlmək olar. 14 girişi olan muzeyi tamamilə gəzmək üçün 3 gün vaxt lazımdır. Hər il muzeyi 30 milyona yaxın insan ziyarət edir. Muzeyə giriş isə pulludur.

Rusiyanın Sankt-Peterburq şəhərində yerləşən Ermitaj muzeyinin əsası 1764- ildə kraliça II Yekaterina tərəfindən qoyulub. 5 binadan ibarət muzeyin 350 zalında 3 milyonadək eksponat sərgilənir. Ermitajda Azərbaycana aid bir çox metal sənəti nümunələri var. Məsələn, XIX əsrin sonlarında Naxçıvandan tapılan VII əsrə aid 35,6 sm hündürlüyündəki fiqurda Qafqaz Albaniyasının hökmdarı Cavanşir təsvir edilib.

Nyu-Yorkda yerləşən Metropoliten Sənət Muzeyi dünyanın ən məşhur turistik məkanlarından biridir. Muzey 2 milyondan çox əsərə evsahibliyi edir. 1870-ci ildə yaranan muzey əvvəllər ayrı-ayrı şəxslərin vəsaiti zəngin adamlarının - Morqan, Rokfeller, Ceykob Rocers, Qoras Xevmeyerin könüllü ianələri hesabına fəaliyyət göstərib. Burada Misir, yunan, Avropa yapon sənəti kimi kateqoriyalarda müxtəlif əsərlər görmək olar.

İspaniyanın paytaxtı Madriddə əsası qoyulan Prado muzeyi fəaliyyətinə heykəl rəsmlərin sərgiləndiyi qalereya kimi başlayıb. Muzeydə hazırda 1300 sənət əsəri saxlanılır. Saxlanılan eksponatları üç yerə ayırmaq olar: məşhur rəssamların tabloları, tarixi heykəllər qədim sikkə pullar. Dieqo Velaskes Fransisko Qoyanın bir çox rəsm əsərləri burada sərgilənir. Muzeyə giriş turistlər üçün 12, tələbələr üçün isə 6 avrodur.

Florensiyada yerləşən Uffizi Qalereyası isə Qərbi Avropanın ən populyar qədim sənət muzeylərindəndir. İtalyan rəssam Sandro Bottiçellinin məşhur əsəri "Veneranın doğuluşu" ilə yanaşı, muzeydə rəsm həvəskarları Mikelancelo, Leonardo da Vinçi, Rembrandt, Rafael Santi, Karavacconun əsərlərini seyr edə bilərlər. Girişi 8-10 avro olan muzeyə girmək üçün adi günlərdə belə ən azı 2-3 saat növbədə durmaq lazım gəlir.

Qahirədə yerləşən Misir muzeyi isə qədim Misir mədəniyyətinə aid əşyaların oğurlanmaması üçün yaradılıb. 120 mindən çox əsərin toplandığı muzeydə Tutanhamonun məzarı 9 mumiya nümayiş olunur. Maraqlı məqam odur ki, 2011-ci ilin yanvar ayında Misirdəki etiraz aksiyaları vaxtı muzeydən bəzi eksponatlar oğurlanmış, sonradan tapılaraq muzeyə qaytarılmışdı.

Müasir muzeylərin sələfləri isə eramızdan əvvəl XVI əsrdə Krit, XIII-XII əsrlərdə Çin, III əsrdə Qədim Roma Yunanıstanda estetik dəyərə malik əşyaların, əsərlərin, sənədlərin saxlandığı məkanlar hesab olunur. Bu məntiqlə baxsaq, ölkəmizin ərazisində qurulmuş Atropatena Albaniya dövlətlərində hökmdarların saraylarını da Azərbaycandakı muzeylərin sələfi kimi qeyd etmək lazımdır. Çünki erkən orta əsrlərdə Azərbaycanda hakim sülalələr tərəfindən kolleksiyaçılıq ənənələrinə maraq güclənib, qiymətli əşyalar xəzinələrdə, saray kitabxanalarında mühafizə edilib.

Azərbaycanın ictimai-siyasi, mədəni həyatında XIX əsrin ikinci yarısından etibarən sürətlə cərəyan edən proseslər muzey işinin təşkilinə təkan verib. İlk belə muzeylərdən biri görkəmli ədib Cəlil Məmmədquluzadənin təşəbbüsü yaxından iştirakı ilə XIX əsrin sonlarında Naxçıvanın Nehrəm kənd məktəbində təşkil olunub. Ötən əsrin əvvəllərində isə Bakıda, xalq məktəbləri müdiriyyəti nəzdində pedaqoji, həmçinin Ümumrusiya Texniki Cəmiyyətinin Bakı şöbəsi nəzdində qapalı muzeylər yaradılıb. Lakin Nehrəm kəndindəki muzey istisna olmaqla, adları qeyd edilən məkanlar çarizmin mənafeyinə uyğun fəaliyyət göstərib. Təsadüfi deyil ki, Azərbaycanda aşkar edilən qiymətli arxeoloji əşyalar Tiflis, Moskva, Peterburq muzeylərinə göndərilib. Azərbaycanda dövlət səviyyəsində 1919-cu ildə - Xalq Cümhuriyyətinin dövründə təməli qoyulmuş ilk milli muzey 1920-ci ildən Azərbaycan Dövlət Muzeyi kimi fəaliyyət göstərib. Sovet hakimiyyətinin ilk illərində Hacı Zeynalabdin Tağıyev, Murtuza Muxtarov, Musa Nağıyev kimi Bakı milyonçularından müsadirə edilmiş qiymətli sənət əsərləri bu muzeyin eksponatları olub. H.Z.Tağıyevin vaxtilə olmuş mülkündə yerləşən Milli Azərbaycan Tarix Muzeyinin binasının özü tariximizdən xəbər verən daş abidə kimi qiymətlidir. Ona görə bu yerə bəzən "Muzey içində muzey" deyirlər.

Təəssüf ki, neçə-neçə tarixi abidə muzeylərimiz ötən əsrin 90- illərində erməni işğalçıları tərəfindən qarət olunub dağıdılıb. Canlı muzey olan bu gün düşməndən azad edilən Şuşada 8 muzey fəaliyyət göstərib. Dövlət Qarabağ Tarixi Muzeyi, dahi bəstəkar Üzeyir Hacıbəylinin ev, vokal sənətimizin banisi Bülbülün memorial, görkəmli musiqiçi rəssam Mir Möhsün Nəvvabın xatirə muzeyləri, Azərbaycan Xalça Muzeyinin Şuşa filialı, görkəmli musiqiçi Qurban Pirimovun Ağdam rayonundakı xatirə, Qubadlı, Zəngilan, Cəbrayıl, Ağdam, Füzuli, Xocalı rayonlarının tarix-diyarşünaslıq muzeyləri tamamilə qarət edilib. Keçmiş SSRİ- yeganə olan Ağdam Çörək Muzeyi ermənilər tərəfindən yerlə-yeksan olunub.

Bununla belə, ölkəmizdə bir-birinin ardınca dövlət, memorial, səyyar, ədəbiyyat, incəsənət, tarix, musiqi, teatr muzeyləri yaradılıb. Bunun da səbəbi Azərbaycanda milli-mənəvi dəyərlərimizə, o cümlədən muzey işinə daim dövlət qayğısının olmasıdır. Ölkəmizdə muzey işinin inkişafı ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Xalqımızın milli tarixi mədəni irsinin qorunmasında muzeylərin dəyərini dərindən həssaslıqla duyan Ulu Öndər respublikada müvafiq şəbəkənin genişləndirilməsini, onun maddi-texniki bazasının gücləndirilməsini daim diqqətdə saxlayıb. Azərbaycan mədəniyyətinin Üzeyir Hacıbəyli, Hüseyn Cavid, Cəlil Məmmədquluzadə, Məmməd Səid Ordubadi, Cəfər Cabbarlı, Bülbül, Səməd Vurğun, Niyazi digər nəhəng simalarının memorial-xatirə, mənzil, bölgələrdə tarix-diyarşünaslıq muzeyləri məhz ulu öndər Heydər Əliyevin şəxsi təşəbbüsü sayəsində yaradılıb.

Dahi rəhbərimizin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra digər sahələrlə yanaşı, muzey işi öz inkişafının yeni mərhələsinə qədəm qoyub. Ulu Öndərin təşəbbüsü ilə 1993- ildə Nazirlər Kabinetində muzey işçilərinin respublika müşavirəsi keçirilib, 1994- ildə isə bu müşavirənin materialları əsasında "Respublikada muzey işinin vəziyyəti onun yaxşılaşdırılması haqqında" qərar qəbul edilib. 2000-ci il martın 24- qüvvəyə minmiş "Muzeylər haqqında" Azərbaycan Respublikasının Qanunu ölkəmizdə muzeylərin fəaliyyətinin təşkilati-hüquqi əsaslarını müvafiq münasibətləri tənzimləyir. Bu sənədə əsasən, muzey - maddi mədəniyyət abidələrinin komplektləşdirilməsi, mühafizəsi, öyrənilməsi, kütləvi nümayişinin təbliğinin həyata keçirildiyi mədəniyyət, elmi-tədqiqat müəssisəsidir.

Ümummilli Lider tərəfindən muzey işinin inkişafı üzrə müəyyən edilmiş prioritetlər bu gün Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərliyi ilə fəaliyyət göstərən Heydər Əliyev Fondu tərəfindən uğurla davam etdirilir. Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın böyük zəhməti sayəsində Şirvanşahlar Saray Kompleksi, Qız qalası Qobustan Milli Tarix-Bədii Qoruğu, Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzi UNESCO-nun Dünya İrsi Siyahısına daxil edilib. Fondun həyata keçirdiyi müxtəlif layihələr çərçivəsində Qarabağ muzeyləri haqqında məlumatlar mötəbər beynəlxalq təşkilatlara çatdırılır.

Azərbaycan dövlətinin uğurlu siyasəti nəticəsində son illər muzeylərimizin dünyanın nüfuzlu muzeyləri ilə əlaqələri genişlənib, bu sahədə beynəlxalq əməkdaşlıqda yeni nailiyyətlər əldə edilib.

Hazırda Azərbaycanda 201 muzey fəaliyyət göstərir: bunlardan 14-ü incəsənət, 7-si ədəbiyyat, 12-si tarix, 68-i tarix-diyarşünaslıq, 5-i döyüş şöhrəti, 43-ü ev, 52-si Heydər Əliyev muzeyləridir. Eyni zamanda, Milli Elmlər Akademiyası sistemində, digər nazirlik təşkilatların nəzdində müxtəlif profilli şəxsi muzeylər fəaliyyət göstərir. Həmin muzeylər sırasında Azərbaycan Dövlət İncəsənət Muzeyini, Azərbaycan Tarix Muzeyini, Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyini, Azərbaycan Xalça Muzeyini, Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyini, Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyini Azərbaycan İstiqlal Muzeyini göstərmək olar. Ölkəmizdə fəaliyyət göstərən muzeylərdə başlıca olaraq azərbaycançılıq məfkurəsi uğurla təbliğ olunur.

Muzeylər həm ölkələrin turizm imkanlarının genişlənməsi, həm milli-mədəni dəyərlərini qorunub saxlanılması üçün vacibdir. Muzeylərin cəmiyyətin həyatında dərəcədə mühüm rol oynadığını göstərmək, xalqlar arasında mədəni mübadilə əməkdaşlığın inkişafına kömək etmək məqsədilə hər il mayın 18-i dünya ölkələrində Beynəlxalq Muzeylər Günü kimi qeyd edilir. Bu gün 1977-ci ildə Beynəlxalq Muzeylər Şurasının 11-ci konfransında təsis edilib. 1978-ci ildən etibarən isə dünyanın əksər ölkələri əlamətdar günü qeyd edir. Muzey günü hər il müxtəlif deviz altında keçirilir. Bu il Beynəlxalq Muzeylər Günü "Muzeylər, dayanıqlılıq rifah" mövzusuna həsr olunub.

Azərbaycanda da hər il Beynəlxalq Muzeylər Günü ilə əlaqədar insanların asudə vaxtının səmərəli təşkili, onların muzey müəssisələri vasitəsilə ölkəmizin zəngin mədəni irsi ilə yaxından tanış olmalarının təmin edilməsi məqsədilə Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən muzeylərdə "Açıq qapı" günü elan olunur.

Jalə QASIMZADƏ,

"Respublika".