Demokratiyanın qələbəsi və yeni türk əsrinin başlanğıcı
Türk dünyası

Demokratiyanın qələbəsi və yeni türk əsrinin başlanğıcı

Türkiyədə bütün dünyanın maraqla müşahidə etdiyi ikinci tur prezident seçkiləri başa çatdı. Ölkədə yüksək demokratiya şəraitində keçirilən seçkilərdə Prezident Rəcəb Tayyib Ərdoğan rəqibini üstələyərək liderliyini saxladı. Nəticədə Rəcəb Tayyib Ərdoğan 52,18% səslə prezident seçkilərinin ikinci turunun - həlledici mərhələsinin qalibi olmaqla yenidən dövlət başçısı seçildi. Türkiyə vətəndaşları türk xalqı seçimini edərək 21 ildən bəri ölkəni idarə edən Ərdoğana bundan sonra da 5 illik səlahiyyət verdi. Bu seçkidə Rəcəb Tayyib Ərdoğan təkcə Millət İttifaqına deyil, o həm Türkiyəni sındırmaq niyyətini açıqca ortaya qoymuş dünya imperializminə qalib gəldi. Demək olar ki, Türk vətəndaşları seçkiyə yüksək fəallıqla qatılmaqla qərb dünyasına demokratiya dərsi verdi. Bu qələbə bütövlükdə bir millətin, eyni zamanda türk dünyasının, Türk Dövlətləri Təşkilatının daha da möhkəmlənməsinə zəmin yaratmış oldu. Bu qələbə Zəngəzur dəhlizinin açılmasının da müjdəsidir. Bu qələbə Ermənistanla böyük sülhün bağlanması, bölgədə əməkdaşlığın sabitliyin ən ciddi şərtidir.

Türkiyənin son illərdəki ordusu, hərbi sənayesi, iqtisadi gücü siyasi nüfuzu bir çox ölkələri rahatsız etməyə başlamışdı. Güclü müsəlman türk birliyi onların yuxusunu ərşə çəkmişdi. Bəzi dövlətlər Türkiyəni müxtəlif oyunlara qatmağa cəhd etdilər, iqtisadiyyatını çökdürməyə çalışdılar, qonşuları ilə gərginliyə səbəb oldular, amma sonda bir şeyə nail olmadılar. Türkiyədə Ərdoğanın hakimiyyəti tərk etməsinə onun yerinə Kılıçdaroğlunun, yəni Qərbin asanlıqla idarə etdiyi bundan sonra lap rahat manipulyasiyalara məruz qoyacağı fiqurun gəlişinə nail olmaq istəyən dövlətlər bir sıra təşkilatlar pərişan oldular. Türk milləti isə öz növbəsində Ərdoğanın arxasında dayandı, ona güvəndi bütün həlledici məqamlarda real vəziyyəti düzgün qiymətləndirərək güclü liderinə səs verdi. Türkiyə seçicisi şəxsən Rəcəb Tayyib Ərdoğana səs verməklə yanaşı, eyni zamanda onun dəstəklədiyi ideyalara da səs verdi. Xalq Türkiyənin onunla başlayan inkişafını, artan siyasi nüfuzunu, dünya birliyində söz sahibinə çevrilməsini, həmçinin Türk dünyasının birliyini gücləndirmək ideyasını dəstəkləmiş oldu. Bu fikri açıqlamasında Türkiyənin Azərbaycandakı keçmiş səfiri, İMZA Sosial İnkişafa Dəstək İctimai Birliyinin Türkiyə nümayəndəsi Hulusi Kılıç bildirib. Onun sözlərinə görə, Rəcəb Tayyib Ərdoğan qlobal problemlərin həllinə təsir göstərən dünya səviyyəli bir liderdir. Onun lider kimi üstünlükləri çoxdur. Prezident seçkisində Ərdoğanın rəhbər kimi şəxsiyyəti ilə yanaşı, müdafiə etdiyi siyasət sınaqdan keçmiş oldu. Rəqibi ölkənin idarəetetmə quruluşunu dəyişəcəyini, parlamentli respublikaya keçəcəyini, referendum keçirəcəyini elan etmişdi. Kamal Kılıçdaroğlu, həmçinin Türk dünyasının birliyi məsələsini ikinci plana keçirirdi. Halbuki Rəcəb Tayyib Ərdoğan bu ideyanın müdafiəçisi türk dövlətlərinin birliyi üçün böyük səy göstərmiş lideridir. Qarşı tərəfin Azərbaycanla münasibətləri minimuma endirmək barədə sətiraltı mesajları da ölkədə müsbət qarşılanmadı. Çünki Türkiyə xalqı Azərbaycanı Türkiyənin dostu, qardaşı kimi qəbul edir. Təsadüfi deyil ki, ulu öndər Heydər Əliyev tərəfindən irəli sürülmüş ''Bir millət, iki dövlət" Mustafa Kamal Atatürkün "Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir" şüarı bu gün ən sadə Türkiyə vətəndaşının belə düşüncəsində, sözündə, Azərbaycanla münasibətində irəli sürdüyü ideyadır. ''Əminliklə deyə bilərəm ki, qazanan yalnız Türkiyə deyil, bütün türk dünyası bu coğrafiyanın əsas aktorlarından biri olan Azərbaycandır. Azərbaycanı meydanda tək qoymaq istəyən ermənilər onların havadarlarının hazırda kədərləri anlaşılandır. İnanıram ki, Türkiyə-Azərbaycan müttəfiqliyi indən belə daha da güclənəcək bu Qarabağda həll olunmamış məsələləri həll etməyə imkan verəcək. Buna görə Ərdoğanın qələbəsi Türkiyənin düşmənləri ilə yanaşı, Azərbaycanın düşmənlərini məyus etdi. Çünki bu regionda hegemonluq eşqinə düşən qüvvələr, bundan sonra da Cənubi Qafqazda Əliyev-Ərdoğan faktoru ilə əvvəlki tək hesablaşmalı olacaqlar. Ermənilər çox məyusdur, bilirəm, bu məyusluq media sosial şəbəkələrdəki reaksiyalardan da aydın görünür", - deyib Hulusi Kılıç.

H.Kılıç vurğulayıb ki, Rəcəb Tayyib Ərdoğan həm Prezident İlham Əliyevin həm Azərbaycan xalqının yaxın dostudur. Bunu həm seçkilər ərəfəsində həm seçkidən sonra da gördük. Biz 28 May Günü seçkilərin ilkin nəticələri məlum olan kimi, Azərbaycan vətəndaşlarının əllərində Türk Azərbaycan bayraqları ilə küçələrə çıxaraq, Ərdoğanın qələbəsini bayram etmələrinin şahidi olduq. Bu bizi çox qürurlandırdı. Bu o deməkdir ki, dünyada Azərbaycan Türkiyə qədər biri-birinə yaxın olan ölkələr yoxdur. Azərbaycan-Türkiyə əsl qardaşlıq nümunəsidir. O həmçinin qeyd edib ki, R.T.Ərdoğanı ilk təbrik edən Prezident İlham Əliyevin olması ölkələrimiz arasındakı münasibətlərin yüksək səviyyədə olmasından xəbər verir: "Seçkinin yekun nəticələri açıqlanmadan Prezident İlham Əliyev, R.T.Ərdoğanı təbrik etdi onu Azərbaycana da dəvət etdi. Rəcəb Tayyib Ərdoğan ona olunan bu təbriki seçkidən sonra İstanbuldakı çıxışında bəyan etdi. İnanıram ki, bu qələbə Türkiyə - Azərbaycan strateji müttəfiqliyini daha da möhkəmləndirəcək. Eyni zamanda, iki qardaş ölkənin liderləri qarşıya qoyduqları məqsədlərə birlikdə çatacaqlar, bu da Türk dünyasının birliyini daha da möhkəmləndirəcək. Həmişə olduğu kimi yenə R.T.Ərdoğan ilk rəsmi səfərini Azərbaycana edəcəkdir. Yenə iki qardaş birlikdə Qarabağa Zəngəzura gedəcəklər, yenidən qurulan şəhər kəndlərin açılışlarını birlikdə edəcəklər, Zəngəzur dəhlizini , digər kommunikasiyaları da birlikdə açacaqlar. İndi Türkiyə-Azərbaycan münasibətlərində yeni bir era açılır. Bu yeni erada Türkiyə Azərbaycanla əl-ələ verərək birgə addımlayacaq, türk birliyini gücləndirməklə dünyaya yeni bir güc ədalət nümayiş etdirəcək!''.

Esmira YAZKAN ASLANOVA,

''Respublika'' qəzetinin Türkiyə üzrə müxbiri.