Demokratik seçki nümunəsi
Siyasət

Demokratik seçki nümunəsi

Seçib-seçilmə hüququ, söz azadlığı, ümumiyyətlə insan haqları günümüzdə bir çox ölkələrdə tapdanır. İnsanlar öz mübarizələrini açıq formada apara bilmir, bunu etdikləri təqdirdə, onlara qarşı həbs ya digər qətimkan tədbirləri görülür. Təəssüf ki, bir çox dövlətlərdəki sistem bu cür işləyir. Daim öz maraqlarını vətəndaşlarını düşünən türk dövlətləri isə hər sahədə olduğu kimi, bu məsələdə öz fərqliliyi ilə seçilir.

Mayın 14- Türkiyə Cümhuriyyətində Cümhurbaşkanı Parlament seçkiləri baş tutub. Seçkidə prezidentliyə 4 namizəd olub. Lakin seçkiyə bir neçə gün qalmış namizədlərdən biri, Muharrəm İncə geri çəkildiyini bildirib. Növbəti mərhələdə rəsmi olaraq 4 namizədin olmasına baxmayaraq, vətəndaşların səsi 3 şəxs arasında bölünüb. Bunlar Türkiyənin son 20 ildə yaşadığı yüksəlişin qızıl dövrünün banisi Rəcəb Tayyib Ərdoğan, Kamal Kılıçdaroğlu Sinan Oğandır. Seçki demokratik formada keçirilib nəticədə Ərdoğanla Kılıçdaroğlu çox yaxın səs toplayaraq növbəti mərhələyə keçid ediblər. S.Oğan isə 5 faizdən çox səs toplayaraq elə birinci mərhələdə uduzub. İki namizədin bir-birinə çox yaxın səs toplaması seçkinin ikinci mərhələyə qalması onu deməyə əsas verir ki, Türkiyə demokratiyanın mərkəzlərindən biridir. Seçki zamanı minlərlə vətəndaş səs verməyə gəlib ilk dəfə Türkiyə tarixində ən çox seçicinin iştirak etdiyi seçki kimi tarixə düşüb. 90 faizdən çox vətəndaş seçib-seçilmə hüquqlarından istifadə edib. Səsvermə bitdikdən sonra vətəndaşlar sərbəst formada səslərin hesablanma mərhələsində iştirak edib. Göstəricilər onu deməyə əsas verir ki, seçkilər tam demokratik şəffaf formada başa çatıb.

Seçkiləri müşahidə etmək üçün bir çox ölkələrdən nümayəndələr gəlib. Nümayəndələr mayın 11- Türkiyə Cümhuriyyətində müşahidə işlərinə başlayıb, 15- isə sona çatdırıblar. Müşahidə dönəmində Seçki Müşahidə Missiyası namizədlər, Parlament, Seçki Komissiyasının rəsmiləri ilə görüşüb, həmçinin seçki məntəqələrinin fəaliyyəti, seçici namizədlərin qeydiyyatı, seçkiyə hazırlıq haqqında məlumatlar əldə edib. Bununla yanaşı, missiya prezidentliyə namizədlərin nümayəndələri, seçkilərə qatılan siyasi partiyaların təmsilçiləri ilə görüşərək seçki platformaları seçkiöncəsi kampaniyaları haqqında məlumat alıb. Səsvermə zamanı bir çox seçki məntəqələrini ziyarət edərək seçki prosesini, səslərin sayılmasını müşahidə ediblər. Bundan sonra, TÜRKPA-nın (Türkiyədə yerləşən Türk Dövlətləri Parlamentləri Assambleyası) Seçki Müşahidə Missiyasının rəhbəri, Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi TÜRKPA qrupunun rəhbəri, akademik Əhliman Əmiraslanov, deputatlar Ağalar Vəliyev, Anar Məmmədov, Qazaxıstan Qırğızıstanın parlament üzvləri TÜRKPA Katibliyinin əməkdaşlarının iştirakı ilə mətbuat konfransı keçirilib. Konfransda səsvermə prosesinin mütəşəkkil nizamlı şəkildə təşkil olunduğu müsbət qiymətləndirildiyi bildirilib.

Bu da onu göstərir ki, Atatürkün qurub-yaratdığı Cümhuriyyət artıq 100 ildir ki, demokratiyanı qoruyub saxlayır. Bu gün bir çox dünyəvi ölkələrdə müxalif tərəflər seçkilərdə səs toplaya bilmir. Lakin Türkiyə Cümhuriyyətində "Cümhur İttifaqı"nın namizədi, hakim Ədalət İnkişaf Partiyasının sədri, hazırkı dövlət başçısı Rəcəb Tayyib Ərdoğan 49,51 faiz, "Millət İttifaqı"nın namizədi, müxalif Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıçdaroğlunun 44,85 faiz, "ATA İttifaqı"nın namizədi Sinan Oğanın isə 5,17 faiz səs toplaması gerçək demokratiyanın əyani nümunəsidir. Mayın 28- ikinci mərhələsi maraqla gözlənilən seçkinin nəticəsi 50+1 olan namizəd qalib olacaq.

Mayın 14- keçirilən deputat seçkilərində AK Partiyası qalib gəlib. Türkiyə Böyük Millət Məclisindəki 600 deputat yerindən AK Partiya 266, CHP 168, Yaşıl Sol Partiyası 62, Milliyyətçi Hərəkat Partiyası (MHP) 51, İYİ Parti 44, Yenidən Rifah Partiyası 5, Türkiyə İşçi Partiyası (TİP) 4 yer əldə edib. Bir çox müxalif partiyalar xarici qüvvələr seçkinin antidemokratik formada keçiriləcəyini iddia etsələr , nəticə iddiaların əsassız olduğunu sübut etdi. Türkiyə Cümhuriyyəti daim xalqının rifahını, seçib-seçilmə hüququnu dəstəkləyən bir dövlətdir. 14 may bir çox region ətraf ölkələr üçün əsl demokratik seçki nümunəsi kimi tarixə qızıl hərflərlə yazıldı.

Töhfə SƏMƏDOVA,

"Respublika".