Dəmir yumruq birliyimiz düşmənə sarsıdıcı zərbədir
Sosial həyat

Dəmir yumruq birliyimiz düşmənə sarsıdıcı zərbədir

44 günlük Vətən müharibəsində "Dəmir yumruq" əməliyyatı ilə əldə olunan qələbəmiz xalqımızın 200 ildən artıq davam edən arzularını reallaşdırdı, hərbi tariximizin şanlı səhifəsinə çevrildi. Qobustan rayonunun Təklə kəndində yaşayan, dünyanın ağrı-acısını ömür kitabında əbədiləşdirən 97 yaşlı Allahverdi Hüseynov bizimlə söhbətində Dəmir Yumruğun siyasi, hərbi əhəmiyyətindən söz açdı.

O, ulu öndər Heydər Əliyevin fəaliyyətini daim izləyənlərdən biri kimi tam əmin olub ki, onun müdrik siyasəti nəticəsində belə bir zaman gələcək. Azərbaycan işğal olunmuş torpaqlarını mütləq geri qaytaracaq. Bildirdi ki, Azərbaycan müstəqil dövlət kimi bütün sahələrdə inkişaf edəndə bu əminliyimi bir daha dəqiqləşdirdim. İndiyə qədər iştirak etdiyim bütün tədbirlərdə Heydər Əliyevin siyasəti sayəsində xalqımızın davamlı inkişaf etdiyini edəcəyini konkret faktlarla demişəm deyirəm. Çünki ölkəmiz məhz onun hakimiyyətə gəldiyi 1969-cu ildən başlayaraq yeni sürətli bir inkişaf dövrünə qədəm qoyub. Bu illərin canlı şahidi kimi deyə bilərəm ki, Azərbaycan geridə qalmış bir ölkədən inkişaf edən dövlətə çevrilib.

Allahverdi dayı qeyd etdi ki, ulu öndərin ən layiqli davamçısı siyasi varisi olan İlham Əliyevin xalqımızın yekdil səsi ilə prezident seçilməsi mənə yeni bir həyat bəxş etdi. Həmin anlar sevincimin həddi-hüdudu yox idi. Çünki tam əmin idim ki, ulu öndərin siyasi kursu uğurla həyata keçiriləcək ölkəmiz dünya birliyində sivil bir inkişaf yolu müəyyənləşdirəcək. Ömrümün arxada qalan illərində gördüyüm xoş günləri çətinlikləri təhlil edərək demək istəyirəm ki, Azərbaycan tarixi boyu belə xoş gün görməyib belə şəraitdə inkişaf etməyib.

Dəmir Yumruğun hərb tarixində bir yenilik olduğuna toxunan Allahverdi dayı qeyd etdi ki, indiki dövrdə bir dövlətdə yaşayan çoxmillətli xalqların bu qədər yüksək səviyyədə birləşməsi düşmənə qarşı birgə mübarizə aparması yalnız yalnız müdrik siyasət güclü lider sayəsində reallaşa bilər. Bu mənada biz xoşbəxt xalqıq ki, Heydər Əliyev kimi dünyaşöhrətli ulu öndərimiz olub. Bu gün isə onun müəyyənləşdirdiyi strategiyanı uğurla həyata keçirməklə bu siyasi xəttə yeni-yeni çalarlar əlavə edən İlham Əliyev kimi müdrik dövlət başçımız var.

Dəmir Yumruq böyük bir fəlsəfi anlayışdı. Mən əminəm ki, biz bu ideyadan bəhrələnməklə dünyada yeni inkişaf modelini müəyyənləşdiririk. Allahverdi dayı ölkəmizdə qazanılan uğurları daim təhlil etdiyini deyərək bildirdi ki, əhalisi ərazisi kiçik olan ölkələrdə birliyə nail olmaq tarix boyu çətin mürəkkəb məsələ olub. Çünki daim ikili siyasət yeridən digər ölkələrin xalqların inkişafını görmək istəməyən böyük dövlətlər buna qarşı çıxmağa çalışıb. Bu gün elədir. İstərdim ki, xalqımızın bütün nümayəndələri bu reallığı yetərincə dərk edə, uğurlarımızı gözü götürməyən Ermənistan, Fransa, İran başqa dövlətlərin xəbis niyyətlərindən agah ola. Çünki bu yumruq bizi birləşdirməklə düşmənə tutarlı cavab verməkdə ölkəmizə yardımçı olur.

Sonda Allahverdi dayı bildirdi ki, tarix boyu hər bir ölkədə nadanlar olub. Ancaq sevindirici haldır ki, indiki məqamda respublikamızda belələrinin sayı son dərəcə çox azdır. Çünki xalqımız real vəziyyəti, görülən işləri qazanılan uğurları yaxşı dərk edir bilir ki, yolumuz Prezident İlham Əliyevin dəmir yumruğu ətrafında birləşərək xalqımızın Azərbaycanın inkişafı naminə çalışmaqdır.

Mikayıl

NƏRİMANOĞLU,

"Respublika".