Dekabrın 21-də Azərbaycanda COVID-19 əleyhinə 294 doza vaksin vurulub
Səhiyyə

Dekabrın 21-də Azərbaycanda COVID-19 əleyhinə 294 doza vaksin vurulub

Dekabrın 21-də Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə 294 doza vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a bildirilib ki, gün ərzində birinci doza üzrə vurulan vaksinlərin sayı 90, ikinci doza vaksinlərin sayı 51, üç və daha çox doza vaksinlərin sayı 131, pozitiv nəticədən sonra "buster" doza vaksinlərin sayı 22-dir.

Azərbaycanda indiyə qədər vurulan vaksin dozalarının ümumi sayı 13 milyon 928 min 470, birinci mərhələ üzrə vurulan peyvənd dozalarının ümumi sayı 5 milyon 394 min 799, ikinci mərhələ üzrə 4 milyon 875 min 99, üç və daha çox doza vaksinlərin sayı 3 milyon 394 min 127, pozitiv nəticədən sonra "buster" doza vaksinlərin sayı 264 min 445-dir.          

 

Son sutkada Azərbaycanda COVID-19 infeksiyasına 129 yoluxma faktı qeydə alınıb

Son sutkada Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına 129 yoluxma faktı qeydə alınıb, 90 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 2 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 825 min 656 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 815 min 34 nəfər müalicə olunaraq sağalıb, 9 min 999 nəfər vəfat edib. Aktiv xəstə sayı 623 nəfərdir.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2 min 707, indiyə qədər isə ümumilikdə 7 milyon 412 min 931 test icra olunub.