Dekabrın 19-da Azərbaycanda COVID-19 əleyhinə vaksin vurulmayıb
Səhiyyə

Dekabrın 19-da Azərbaycanda COVID-19 əleyhinə vaksin vurulmayıb

Dekabrın 19-də Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə vaksin vurulmayıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a bildirilib ki, Azərbaycanda indiyə qədər vurulan vaksin dozalarının ümumi sayı 13 milyon 927 min 861, birinci mərhələ üzrə vurulan peyvənd dozalarının ümumi sayı 5 milyon 394 min 615, ikinci mərhələ üzrə 4 milyon 874 min 997, üç və daha çox doza vaksinlərin sayı 3 milyon 393 min 861, pozitiv nəticədən sonra "buster" doza vaksinlərin sayı 264 min 388-dir.                                                               

 

Son sutkada Azərbaycanda COVID-19 infeksiyasına 11 yoluxma faktı qeydə alınıb

Son sutkada Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına 11 yoluxma faktı qeydə alınıb, 10 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a verilən məlumata görə, indiyədək ölkədə ümumilikdə 825 min 420 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 814 min 879 nəfər müalicə olunaraq sağalıb, 9 min 993 nəfər vəfat edib. Aktiv xəstə sayı 548 nəfərdir.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 622, indiyə qədər isə ümumilikdə 7 milyon 407 min 971 test icra olunub.