Daxili işlər naziri polis əməkdaşı ilə vida mərasimində iştirak edib
Sosial həyat

Daxili işlər naziri polis əməkdaşı ilə vida mərasimində iştirak edib

Xəbər verdiyimiz kimi, iyulun 27-də narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı daxil olmuş əməliyyat məlumatı əsasında keçirilən əməliyyat tədbiri zamanı polis əməkdaşlarına müqavimət göstərən şübhəli şəxsi zərərsizləşdirərkən onun üzərində olan qumbaranı partlatması nəticəsində Səbail Rayon Polis İdarəsinin cinayət-axtarış şöbəsinin əməliyyat müvəkkili, polis kapitanı Elçin Səfərov müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, ağır yaralandığına görə tibb müəssisəsinə yerləşdirilmiş E.Səfərov bütün tibbi müdaxilələrə baxmayaraq, avqustun 5-də vəfat edib. 

Azərbaycan Respublikasının daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov və nazir müavinləri polis əməkdaşı ilə vida mərasimində iştirak ediblər.

Allah rəhmət eləsin!

AZƏRTAC