DAŞKƏSƏN: QANVERMƏ AKSİYASI
Region

DAŞKƏSƏN: QANVERMƏ AKSİYASI

Daşkəsəndə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təsdiq etdiyi "Hemofiliya və talassemiyadan əziyyət çəkən uşaqlara qayğı" Dövlət Proqramına uyğun olaraq Səhiyyə Nazirliyinin B.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun nəzdindəki Mərkəzi Qan Bankı hemofiliya və talassemiya xəstəliyindən əziyyət çəkən uşaqlar üçün qanvermə aksiyası keçirilib. Aksiyada rayon icra hakimiyyətinin, inzibati ərazi dairələri üzrə nümayəndəliklərin, idarə, müəssisə və təşkilatların əməkdaşları, Qarabağ müharibəsi veteranları, habelə sıravi vətəndaşlar, könüllü gənclər mütəşəkkilliklə iştirak ediblər. Aksiyanın keçirilməsində əsas məqsədlərdən biri də ölkədə qan ehtiyatını artırmaqdır.

Respublika Mərkəzi Qan Bankı tərəfindən ezam olunmuş xüsusi tibb briqadasının həkim-hematoloqları tərəfindən hər bir donorun sağlamlığı onlardan qan analizi götürülərək əvvəlcədən müəyyənləşdirilib. Toplanan qan laboratoriya müayinəsindən keçirildikdən sonra qan xəstəliklərindən əziyyət çəkən insanların müalicəsində istifadə olunacaqdır.

Səhər saat 10-dan axşam 17-dək davam edən aksiya zamanı 400  nəfərdən çox könüllü müayinədən keçib və sağlamlığı imkan verən donorlardan qan götürülüb.

Zabit XƏLİLOV,

“Respublika”.